Baku Bus

Şirkət haqqında:
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 92 nömrəli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi olaraq yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli 181 nömrəli Fərmanına əsasən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyət Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilmişdir.
Cəmiyyətin əsas məqsədləri Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunmasıdır.
Əlaqə vasitələri:
Yol vərəqəsi operatoru
Vəzifə öhdəlikləri:
- Sürücüləri iş cədvəlinə uyğun olaraq, nəqliyyat vasitəsi və sürücü ilə bağlı zəruri məlumatları əhatə edən yol vərəqələri ilə təmin etmək.
- Gün sonunda xidməti başa vuran sürücülərin yol vərəqələrini qəbul edərək, qayıdış vaxtını, avtobusun gündəlik yürüş məsafəsini və digər müvafiq məlumatları qeyd etmək.
- Hərəkət qrafiklərinə dair məlumatları aidiyyəti şəxslərlə koordinasiya etmək;
- İş və növbə zamanı baş vermiş hadisələr haqqında zəruri məlumatları toplamaq və bu barədə tabe olduğu şəxslərə bildirmək;
- Tabe olduğu rəhbər şəxslər tərəfindən verilən tapşırıqları vaxtında icra etmək.
- İş rejimi və təhlükəsizlik qaydalarına riayət etmək.
Namizədə tələblər:
- Ali təhsil (Avtomobil nəqliyyatı üzrə) ;
- Müvafiq sahə üzrə 2 il staj;
- 1C proqramında yüksək səviyyədə, Microsoft Office (Word, Excel, Outlook) proqramlarında isə sərbəst işləmək bacarığı.
- Azərbaycan dilini sərbəst bilmək (ingilis və rus dillərini bilmək arzuolunandır);
- Stresə davamlı olmaq və ağır, gərgin iş rejimində işləmək bacarığı;
- Tək və komanda ilə işləmək bacarığı;
- Dəqiqlik və detallara yüksək diqqət yetirmək;
- İşgüzar və məsuliyyətli olmaq.
İş şəraiti:
- İs yeri: Gəncə şəhəri;
- İş rejimi Növbəli;
- Peşəkar,mehriban komandada iş;
- Karyera yüksəlişi üçün perspektiv;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri “CV@bakubus.az” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.