Cənnət Park MTK

Şirkət haqqında:
Cənnət Park MTK ən keyfiyyətli tikinti şirkətlərindən biridir. Şirkətimiz keyfiyyətli binalar tikərək cəmiyyətin sosial həyatına kömək olmağa çalışır.
Ən əsas sloqanımız heç kim Evsiz qalmasın.
Əlaqə vasitələri:
Sənədlərə nəzarət üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
- Sənədlərin uyğunluğunun yoxlanılması, sənədləri elektron qovluqlarda (serverdə) düzgün şəkildə yerləşdirilməsi və qovluqların vahid struktur-sistem formasında təşkilinə nəzarət edilməsi.
- Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək ;
- Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
- Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən sənəd axınının qeydiyyatını və nəzarətinin təşkili;
- Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, gecikmə halları barədə rəhbərliyi məlumatlandırmaq;
- Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə;
- Gündəlik hesabatları hazırlamalı ;
- Forma - 2 sənədlərinin hazırlanması ;
- Podratçı müqavilərinin tərtib olunması ;
- Müqavilələrin və alt sənədlərinin tamlığının təmin olunması;
- Dəqiqliyi yoxlamaq və müqavilələr kimi faylları redaktə etmək;
- Texniki sənədləri nəzərdən keçirmək və yeniləmək (məsələn, təlimatlar və iş axınları);
- Layihə ilə bağlı nüsxələri daxili komandalara paylamaq;
- Gələcək istifadə üçün şablonlar yaradmaq;
- İşçilərin və müştərilərin tələbi ilə faylları qəbul etmək;
- Təşkilat daxilində sənəd idarəetməsi;
- Məxfi məlumatların və müqavilənin şərtlərinin məxfiliyini qorumaq;
- Tələb olunduqda xüsusi layihə hesabatları hazırlamaq.
Namizədə tələblər:
- Təhsil: Ali;
- İş təcrübəsi:1ildən 3 ilədək;
- Yaş həddi: 25-35;
- Cinsi:Qadın;
- MS Ofis proqramlarını yaxşı bilmək;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Ünsiyyətcil, nəzakətli, səbirli və dəstəkləyici;
- Bir neçə tapşırığı eyni anda idarə edə bilmək ;
İş şəraiti
- Əmək haqqı: 1000-1200 AZN;
- İş yeri: Bakı Şamaxı yolunun 14-cü km;
- İş günləri: 10:00 –dan 18:00 –dək, 6 günlük;
- Nahar və koorperativ nomrə verilir.
Əlaqə: 050 -338- 65-75
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Sənədlərə nəzarət üzrə mütəxəssis” qeyd edərək CV-ni Müraciət et düyməsində qeyd olunan electron poçt ünvanına göndərsinlər.