Cənnət Park MTK

Şirkət haqqında:
Cənnət Park MTK ən keyfiyyətli tikinti şirkətlərindən biridir. Şirkətimiz keyfiyyətli binalar tikərək cəmiyyətin sosial həyatına kömək olmağa çalışır.
Ən əsas sloqanımız heç kim Evsiz qalmasın.
Əlaqə vasitələri:
Elektrik mühəndisi
Vəzifə öhdəlikləri:
- Elektrik sistemlərinin layihəyə uyğun qurulmasına və icrasına nəzarət etmək;
- Elektrik avadanlıqlarının və materiallarının keyfiyyətini yoxlamaq və düzgün istifadəsini təmin etmək;
- Podratçılar və elektrik heyətinin iş prosesini idarə etmək və nəzarətdə saxlamaq;
- Tikinti sahəsində elektrik sistemlərinə aid texniki sənədləşməni aparmaq;
- Layihənin vaxtında və keyfiyyətli icrasını təmin etmək;
- Elektrik şəbəkələrinin təhlükəsizlik qaydalarına uyğun qurulmasını təmin etmək;
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, elektrik sistemlərin sahəyə tətbiqi barədə hesabat təqdim etmək;
- Tikinti sahəsində elektrik sistemlərin tətbiqinin Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək;
- Tikinti müddətində elektrik hissəsinin sahəyə tətbiqinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin iş həcmlərinə uyğunluğunu yoxlamaq;
- Layihənin layihələndirmə prosesinə texniki dəstək vermək, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
- İstehsalatın elektrik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Tikinti sahəsinin elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Namizədə tələblər:
- Yaş həddi: 30-55;
- Ali təhsil (Elektrik mühəndisliyi üzrə);
- Elektrik mühəndisliyi sahəsində minimum 3 il iş təcrübəsi;
- Elektrik sistemlərinin layihələndirilməsi və texniki planlaşdırma bacarığı;
- Təhlükəsizlik qaydalarına riayət etmək və yüksək diqqətlilik;
- Komanda ilə işləmək və müxtəlif layihələrdə koordinasiya bacarığı
İş şəraiti
- Əmək haqqı: razılaşma yolu ilə;
- İş yeri: Bakı Şamaxı yolunun 14-cü km;
- İş günləri: 10:00 –dan 18:00 –dək, 6 günlük;
- Nahar və koorperativ nomrə verilir.
Əlaqə: 050 -338- 65-75
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Elektrik mühəndisi” qeyd edərək CV-ni Müraciət et düyməsində qeyd olunan electron poçt ünvanına göndərsinlər.