Cənnət Park MTK

Şirkət haqqında:
Cənnət Park MTK ən keyfiyyətli tikinti şirkətlərindən biridir. Şirkətimiz keyfiyyətli binalar tikərək cəmiyyətin sosial həyatına kömək olmağa çalışır.
Ən əsas sloqanımız heç kim Evsiz qalmasın.
Əlaqə vasitələri:
İnşaat mühəndisi
Vəzifə öhdəlikləri:
- Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına nəzarət etmək;
- Tikinti işlərinin tikinti normalarına,qaydalarına,normativlərinə riayət edilməsinə nəzarət etmək;
- Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;
- Tikinti-quraşdırma işlərinin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Normativ sənədlərin tikinti prosesinə uyğun yazılmasına nəzarət etmək;
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Problemləri aradan qaldırmaq, dəyişiklikləri planlaşdırmaq və idarə etmək;
- Görülmüş işlərin uçotunu aparmaq, həftəlik, aylıq, rüblük, illik hesabatlar hazırlamaq;
Namizədə tələblər:
- Ali təhsil;
- Yaş həddi: 25-45;
- MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
- AutoCAD proqramı ilə işləmə qabiliyyəti, yüksək səviyyədə;
- Tikinti sənədləri yüksək səviyyədə;
- Tikinti normaları üzrə biliklər;
- Müvafiq sahə üzrə 3-5 il iş təcübəsi;
- Analitik düşüncə bacarığı;
- Məsuliyyətli və dəqiq olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı
- Proqram təminatı bilikləri yüksək səviyyədə
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
- Yaradıcı düşüncə, detallara diqqət və təşəbüskarlıq.
İş şəraiti
- Əmək haqqı: 1500-2000 azn;
- İş yeri: Bakı Şamaxı yolunun 14-cü km;
- İş günləri: 6 günlük;
Əlaqə: 050 338 65 75
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “İnşaat mühəndisi” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan electron poçt ünvanına göndərsinlər.