AFB Bank

Şirkət haqqında:
2008-ci il noyabr ayında Azərbaycan Mərkəzi Bank tərəfindən lisenziya almış AFB Bank öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdir. Bank Qanunun 19 maddəsinə əsasən AFB Bank Bank olaraq Açıq Səhmdar Cəmiyyəti kimi təsis olunmuşdur.
Bankın təsisçilərinin Bankı yaratmaqda məqsədləri Azərbaycan Respublikasında orta təbəqə əhaliyə və korporativ müştərilərə tam yeni keyfiyyətdə bank xidmətləri göstərən, xidmətlərinin çeşidinə görə seçilən, müştəriləri ilə uzunmüddətli tərəfdaşlıq əlaqələri quran, onların məsləhətçisi olan, rəqabət qabiliyyətli şərt və qiymətlərlə müştərilərin aktiv-passiv məhsullara olan tələbatını ödəyən bir universal bank yaratmaqdan ibarətdir.
Əlaqə vasitələri:
Fraud və Dələduzluğa qarşı mübarizə üzrə mütəxəssis
İnformasiya Təhlükəsizliyi strukturu
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Bank əməliyyatlarının tənzimlənməsi barədə qanunvericilik aktları və AR Mərkəzi.Bankının müvafiq normativləri barədə biliklər;
- Microsoft Office proqramları üzrə yüksək səviyyədə biliklər;
- Dəqiqlik, detallara diqqət və analitik təhlil qabiliyyəti;
- Maliyyə, İT, İT audit sahələri üzrə təcübəsi olan namizədlərə üstünlük veriləcək.
İşin təsviri:
- Bankın məhsulları və xidmətlərinin mütəmadi təhlili
- Bankın əməliyyatlarının monitorinqi və təhlili;
- Fraud ehtimalı olan əməliyyatların araşdırılması;
- Biznes proseslərdə fraud hallarının müəyyən edilməsi və araşdırılması;
- Dələduzluq insidentlərinin idarə edilməsi;
- Xarici və daxili müştəri dələduzluğu ilə bağlı şikayətlərin araşdıırlması;
- Ödəniş kartları ilə əlaqədar şübhəli əməliyyatların monitorinqi;
- Kart kanalı üzrə mümkün və ya baş vermis dələduzluq hadisələrinin qarşısını almaq üçün lazımi tədbirlərin həyata keçirilməsi;
- Kart müştəriləri üzrə şübhəli əməliyyatların müəyyən edilmsi və müştərilərin məlumatlandırılması;
- Ekvayrinq əməliyyatlarının monitorinqi;
- Ekvayrinq şəbəkəsində baş tutan şübhəli əməliyyatların aparılması və müvafiq yazışmaların aparılması;
- Müvafiq sahələr və fəaliyyət istiqamətlərinin işinin monitorinq edilməsi üçün indikatorların tərtib edilməsi;
- İndikatorların mütəmadi olaraq yenilənməsi;
- Müəyyən olunan pozuntularn qeydiyyata alınması və aradan qaldırılması məqsədi ilə aidiyyatı strukturlara kommunikasiya edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Fraud və Dələduzluğa qarşı mübarizə üzrə mütəxəssis” qeydi edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyini xahiş edirik.