Azimut LLC

Şirkət haqqında:
Ölkənin ən qabaqcıl rəqəmsal çap və istehsal imkanlarına malik Azimut Reklam şirkəti sürətli inkişaf edən korporativ təchizatçıdır. Fəaliyyət sahələrimiz – Ofset və Rəqəmsal çap, Daxili və Küçə reklamı, Promo hədiyyələr və Pərakəndə üçün POSM məhsulları əhatə edir.
Loqonuzu daşıyacaq hər hansı məhsul üçün bizə müraciət edin – Markanıza güc və yeni ideya qataq!
Əlaqə vasitələri:
Moto Kuryer
Əsas vəzifələr:
- Sifarişlərin qüsursuz, səliqəli və vaxtında ünvana çatdırılması,
Çatdırılma sənədlərinin düzgün şəkildə təqdim edilməsi - Geyiminə və təmizliyinə nəzarət etməli
- Moto vasitənin istifadə təlimatına uyğun idarə edilməsi
- Moto vasitənin sazlığının qorunması
Tələblər:
- Sürücülük vəsiqəsi (A kateqoriya)
- Müştərilərlə rəsmi etiket qaydalarına uyğun ünsiyyət
- Bakı şəhərini yaxşı tanımaq
- Naviqatordan istifadə (WAZE) bacarığı
- Məsuliyyətli və punktual olmaq
Əlavə məlumat:
- Aylıq maaş: 750 AZN
- Moto şirkət tərəfindən verilir
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş saatı: 09:00 – 18:00
- İş yeri: Bakı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.