Nutrient
Şirkət haqqında:
“Nutrient” MMC şirkəti 2023-cü ilin sentyabr ayından etibarən fəaliyyətə başlamışdır. Şirkət müasir idarəetmə prinsipləri əsasında, o cümlədən İSO 9001 idarəetmə sisteminin tələbləri əsasında fəaliyyət göstərməkdədir. Şirkətin portfelində hal-hazırda 19 bioloji aktiv qida məhsulu, 3 gigiyenik vasitə və 4 kosmetik məhsullar mövcuddur. Şirkətin məhsulları xüsusi keyfiyyətə nəzarət sistemin keçirilməklə, istehsal olunduğu ölkədə beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalarda, habelə ölkə daxilində fəaliyyət göstərən dövlət qurumlarının laboratoriyalarında təhlükəsizlik və keyfiyyət göstəricilərinə görə yoxlanıldıqdan sonra satışa çıxarılır. Eləcə də şirkətin tələblərinə uyğun olaraq məhsulları istehsal edən xarici müəssisələr GMP standartına uyğun, müasir və nano texnologiyalardan istifadə etməklə, yüksək keyfiyyətli xammal, qablaşdırma materialları əsasında laktozasız və qlütensiz premium məhsullar istehsal edir.
Şirkətin sosial məsuliyyətli, peşəkar, təcrübəli və sağlam rəqabət prinsiplərini əsas tutan komandası mövcuddur.
Əlaqə vasitələri:
Mühasib
Vəzifə və öhdəliklər:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1C proqramında) əks etdirilməsi;
- Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
- Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili (müqavilə, hesab-faktura, təhvil-təslim aktları və s.);
- Elektron qaimələrin yazılması;
- Bank və kassa əməliyyatlarının mədaxil və məxarici;
- e-taxes.gov.az (online kargüzarlıq, E-qaimə, Depozit hesabı və s.) sərbəst işləmə bacarığı;
- Bank əməliyyatlarının (yerli və xarici ödənişlərin, o cümlədən vergi, sığorta və digər büdcə ödənişləri) icra edilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması və ödənilməsi;
- Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Hesabatların hazırlanması (ƏDV, ÖMV, əmlak, statistik hesabat, Vahid bəyannamə, mənfəət vergisi hesabatı);
- Vergi bəyənnamələrinin hazırlanması;
- Rəhbərə maliyyə hesabatlarının təqdim edilməsi.
- ƏMAS-da işləmə bacarığı
Namizədə qarşı tələblər:
- Təhsil - İqtisadiyyat və ya Maliyyə sahəsi üzrə;
- İş təcrübəsi- 3 il;
- 1C, MS Excel bilikləri; EFP;
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili və İngilis dili üstünlükdür;
- Komputer bilikləri: 1C, MS Excel, MS Word, MS Power Point, MS Outlook proqramlarını mükəmməl bilməli;
- Komanda da işləmə bacarığı;
- Çevik və işgüzar olması;
- Müəssisə üzrə kommersiya sirri hesab olunan məlumatların məxfiliyini təmin etməli.
Peşəkarlıq tələbləri:
- Səlis və aydın nitq, sistemıi təqdimat bacarığı qabiliyyəti;
- Dəqiqlik və sənədlərlə düzgün işləmə
- Məsuliyyətli, dəqiq, dürüst və ünsiyyətcil olması;
- Təqdimat aparmaq və idarəetmə bacarığı.
İş qrafiki və əmək haqqı:
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
- İş rejimi: I-V günlər, 09:00-dan 18:00-a kimi.
İş yeri:
- Bakı şəhəri, Nərimanov r-nu, Nəsibə Yusifbəyli küçəsi
Maraqlanan namizədlər cv-lərini başlıqda vakansiyanın adını qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.