Veysəloğlu MMC

Şirkət haqqında:
“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 4000-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.
Əlaqə vasitələri:
Müştəri Meneceri
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
- Servis xidməti
- Nahar təminatı
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Vəzifə funksiyaları:
- Marka Kateqoriyası içərisində əhatəli bir çeşid siyahısı tərtib etmək və təqib etmək
- Yeni çeşidlərin artırılmasını təmin etmək və müştəri ehtiyaclarını izləmək
- Çeşid siyahısındakı boşluqların aşkarlanmasını həyata keçirmək
- Alıcılar və onların ehtiyaclarının araşdırılmasını təmin etmək
- Mövcud çeşidlər üçün alıcı ehtiyaclarını müəyyənləşdirmək (qutu ölçüləri, çeşidlər və s.)
- Mağaza araşdırmasını həyata keçirmək
- Bazar yayımı və müqayisəsini həyata keçirmək (Benchmarking)
- Bazar yayımı işlərini idərə etmək (araşdırma dəstəyi ilə), mağazaların və mağazalarda olan çeşidlərin çoxaldılmasını təmin etmək (satış kateqoriyasına və çeşid kateqoriyasına görə müqayisə etmə /benchmarking), yayım işləri üçün ehtiyacları təyin etmək, həmçinin həyata keçirilməsini təşkil etmək
- Mağazalarda çeşid yayımını artırmaq üçün hərəkət planları hazırlamaq
- Kampaniya planlaması və idarə edilməsini həyata keçirmək
Vəzifə tələbləri:
- Biznesin idarə edilməsi, iqtisadiyyat sahəsi üzrə ali təhsil
- Satış sahəsində ən azı 3 il iş təcrübəsi
- Azərbaycan dili – səlis, Rus və İngilis dillərini bilmək üstünlükdür
- Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək (xüsusi ilə Excel və Power Point);
- Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
- Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
- Komandanı idarə etmək bacarığı;
- Problem həll etmə bacarıqları;
Müraciət qaydaları:
- Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Müştəri Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya karyera.veyseloglu.az saytına göndərə bilərlər.
- Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.