Satınalma üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Tədarükçülərlə işgüzar münasibətlərin qurulması və müqavilələrin idarə olunması
- Mal və xidmətlərin alış prosesinin təşkil olunması və sənədləşdirilməsi
- Satınalma sifarişlərinin hazırlanması və sistemə daxil edilməsi
- Təchizatçılarla qiymət təhlilinin aparılması və ən sərfəli təkliflərin seçilməsi
- Hesab-fakturaların yoxlanılması və mühasibat uçotuna düzgün daxil edilməsi
- E-gov, Vergi Portalı və digər dövlət platformalarında işlərin aparılması
- Aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Mal-material uçotunun aparılması və daxili sənədləşmənin dəqiq tərtibi
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
- Satınalma və ya mühasibat sahəsində minimum 2 il iş təcrübəsi
- Mühasibat uçotu prinsipləri və vergi qanunvericiliyi haqqında biliklər
- 1C (və ya digər ERP sistemləri) proqramında sərbəst işləmə bacarığı
- MS Excel və Word proqramlarını yaxşı səviyyədə bilmə
- Analitik düşüncə, məsuliyyətlilik və işdə dəqiqlik
- Komandada işləmə və effektiv ünsiyyət bacarığı
Əmək şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 18:00)
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunur (təcrübə və bacarıqlardan asılı olaraq rəqabətqabiliyyətli maaş təklif olunur)
- Ünvan: Həsən əliyev 12 a. (İnqilab 17) avrasıya klinikasının yanında rahat marketlə yanaşı
- Stabil iş yeri, peşəkar və mehriban kollektiv
Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerində “Satınalma üzrə Mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.