Qalaalti Hotel & Spa

Şirkət haqqında:
“Qalaaltı Hotel & Spa ”- Bakıdan 120 kilometr məsafədə, Şabran rayonunda yerləşən, unikal memari stilitə və istirahət formatına malik olan yeni müalicəvi-bərpa kurort kompleksidir.
Kompleks müxtəlif dizayn üslublarında tərtib edilmiş 157 superior, 16 suit və 3 villa üçün nəzərdə tutulmuş, Azərbaycanda müasirlik və rahatlığı ilə digər otel və istirahət mərkəzləri arasında önə çıxır. Otaqlar LED televiziya, mərkəzi kondisioner və ventilyasiya sistemləri, İnternet, peyk TV və telefon ilə təchiz olunmuşdur. Unikal kompleks yaradıcıları bir mükəmməl və rahat istirahət üçün bütün şəraiti təmin etmişdirlər.
"Qalaaltı" Tibbi-istirahət kompleksi nin ərazisində, unikal avadanlığı ilə təchiz edilmiş, müasir "ÇIRAQ"tibb mərkəzi fəaliyyət göstərir. Təklif edilən bütün sağlamlıq və bərpaedici proqramlar orqanizmin ümumi vəziyyətinin yaxşıladırılması və insan ömrünün uzadılmasına xidmət edir.
Əlaqə vasitələri:
Təchizat üzrə baş mütəxəssis
İş barədə məlumat:
- Struktur: Təchizat şöbəsi
- Tabeçilik: Təchizat şöbəsinin müdiri
- Ünvan: Şabran şəhəri, Qalaalti Hotel & Spa
Tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr
- Microsoft Office və 1C proqramlarında işləmək bacarığı;
- Satınalma prosesləri və idarə edilməsi üzrə biliklər;
- Məlumat Texnologiyaları sahəsində güclü biliklər;
- Kommunikasiya, nəzarət və analitik bacarıqlar.
Vəzifə öhdəlikləri:
- Hotelin satınalma proseslərini idarə etmək, tələblərini müəyyən etmək, sifarişləri hazırlamaq və təhvil verilməsini təşkil etmək;
- Satın almaq üçün məhsulların və xidmətlərin təyin edilməsi, tədarükçülərin qiymətləndirilməsi, qiymət müzakirələrinin aparılması və ən yaxşı müqavilələrin bağlanmasını təmin etmək;
- Sifarişləri izləmək, tədarükçülərin performansını izləmək və hər hansı bir problem halında həll yolu təklif etmək;
- Sifarişlər zamanı ən yaxşı qiymət təklifləri üçün bazar arşdırması etmək, ehtiyac olduqda yeni tədarükçüləri satınalma prosesinə cəlb etmək;
- Satınalmaların monitorinqi, statistikalarının toplanması və hesabatların hazırlanması və ümumi satınalma proseslərinin effektivliyinin artırılması üçün tədbirlər görmək.
Vəzifə üzrə əmək haqqı və təminatlar:
- Əmək haqqı ştat cədvəlinə uyğun;
- Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
- PMD Hospitality MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Tibbi sığorta;
- Mobil telefon və korporativ nömrə;
- Gündəlik 3 dəfə qidalanma;
- Həftədə 4 dəfə Bakı şəhərinə gediş-gəliş üçün servis.
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Təchizat üzrə baş mütəxəssis” yazmaqla Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.