Road and Construction

Şirkət haqqında:
Road And Construction MMC olaraq 2017-ci ildən inşaat sektorunda fəaliyyət göstəririk. Fəaliyyətində şəffaflıq, dəqiqlik və keyfiyyəti rəhbər tutan şirkətimiz yarandığı gündən etibarən bir çox əhəmiyyətli layihələr həyata keçirməyi və keyfiyyətli işi nəticəsində Azərbaycan tikinti bazarında peşəkarlıqla özünü tanıtdı.
Komandamızın yüksək peşəkarlığa malik memar və dizaynerləri, mühəndis və müvafiq təchizatçıları prosesin gedişatı dövründə layihələrin tam peşəkarlıq ilə idarə edilməsində və güvənlə tamamlanıb təhvil verilməsində bütün gücləri ilə çalışırlar.
Road and Construction MMC bir sıra sənaye sahələri üçün layihənin idarə edilməsi, tikinti və istismara verilməsinin idarə edilməsi xidmətlərini əhatə edən imkanları təqdim edir. O cümlədən şirkətimiz tikintinin bütün aspektlərində-dam, izolyasiya, fasad və incə işlər, mep xidmətləri, dizayn və memarlıq konstruksiyası üzrə ixtisaslaşmışdır
Əlaqə vasitələri:
Mühasib
Əsas vəzifələr və öhdəliklər:
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi və gündəlik olaraq 1C proqramına işlənməsi
- Pul vəsaitlərinin hərəkətinin təmin edilməsi, kassa sənədlərinin hazırlanması, mədaxil,məxaric orderlərinin yazılması və gündəlik olaraq 1C proqramına işlənməsi
- E-qaimələrin yazılması
- Müqavilələrin tərtibi
- Göndərilən və gələn e-qaimələrin 1C proqramına işlənməsi
- Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi
- Rəhbərliyin digər tapşırıqlarının vaxtında yerinə yetirilməsi
- Mal-material hesabatlarının işlənməsi
Namizədə dair tələblər:
- Yaş: 20-30 (Kişi namizədlərə üstünlük veriləcək)
- Təhsil: Ali (Mühasibatlıq sahəsində arzuolunandır)
- Exceldə yaxşı səviyyədə işləmə bacarığı
- 1C-də işləmək bacarığı
- Təcrübə: Müvafiq vəzifə üzrə 1-3 il
İş barədə məlumat:
- Şirkət ünvan: Rusel plaza, Babək pr 10
- Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcək (bilik, təcrübə və bacarıqlardan asılı olaraq müəyyən olunur)
Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Mühasib” adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-ni göndərməkləri xahiş olunur.