AQQ Group MMC

Şirkət haqqında:
Şirkət haqqında
Şirkətimiz tikinti və yaşayış sektorları üçün innovativ texnoloji həllər təqdim edir.
Biz kommunal ödənişlərin toplanması və idarə olunmasının sistemləşdirilməsi və avtomatlaşdırılması üzrə ixtisaslaşmışıq. Sakinlər üçün maliyyə proseslərini optimallaşdıran geniş sistemlər təklif edirik. Ən son texnologiyaları inteqrasiya edərək, biz səmərəli, şəffaf və problemsiz əməliyyatları təmin edirik, bu da ümumi xidmət keyfiyyətini artırır və inzibati xərcləri azaldır.
Məqsədimiz kommunal ödənişlərin idarə edilmə üsulunu müasirləşdirmək və sadələşdirməkdir ki, bu da yaşayış və kommersiya obyektlərində bütün maraqlı tərəflər üçün əməliyyat səmərəliliyini və rahatlığını artırırn
Əlaqə vasitələri:
Satış üzrə menecer
Vəzifələr:
- Müştəri bazasının inkşafı və dəstəklənməsi.
- Yeni müştərilərin cəlb edilməsi, mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın qorunması.
- Satış strategiyalarının hazırlanması və icrası.
- Danışıqların aparılması və müqavilələrin bağlanması.
- Şirkətin xidmətlərinin bazarda təqdim olunması.
- Müştərilərin ehtiyaclarının analizi və optimal həllərin təklifi.
- Kommersiya təklifləri və prezentasiyaların hazırlanması.
- Satış prosesinin tam idarə olunması, o cümlədən sifarişlərin izlənilməsi və vaxtında yerinə yetirilməsinə nəzarət.
- Satışlarla bağlı hesabatların aparılması və nəticələrin analizi.
- Bazar və rəqabət mühitinin monitorinqi və analiz edilməsi.
- Müştəri etirazları ilə işləmə və uzunmüddətli partnyorluq əlaqələrinin qorunub saxlanması.
- Marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsində iştiraq.
- Satış komandaları üçün treninqlərin keçirilməsində iştiraq.
Tələblər:
- Ali təhsil.
- Satış sahəsində azı 3 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis danışıq.
- Yaxşı səviyyədə ingilis dili bilikləri.
- Əla kommunikasiya və prezentasiya bacarıqları.
- Komandada işləmə və qoyulan məqsədlərə nail olma bacarığı.
- Planlaşdırma və iş vaxtını təşkil etmə bacarığı.
- Satış texnikaları və danışıq aparma bacarığı.
- Öyrənmə və peşəkar inkşaf üçün hazırlıq.
- CRM sistemləri ilə işləm bacarığı.
- B2B və B2C satış təcrübəsi üstünlük sayılacaq.
Biz təklif edirik:
- Rəqabətə davamlı maaş və bonuslar.
- Peşəkar inkşaf və karyera yüksəlişi imkanları.
- Mehriban kollektiv və rahat iş şəraiti.
- Şirkətin innovativ layihələrində iştiraq imkanı.
- Ixtisasartırma təlimləri və treninqlər.
- Əmək haqqının səviyyəsi fərdi qaydada, müsahibənin nəticələrinə əsasən - namizədin təcrübəsindən, bilik və bacarıqlarından asılı olaraq müzakirə edilir.
- Müvafiq sahə üzrə xüsusi dərəcə və sertifikasiyası olan namizədlərə üstünlük veriləcək.
İş şəraiti:
- Iş rejimi: 5 günlük
- Iş yeri: Bakı şəhəri, mərkəz.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Satış üzrə menecer" vakansiyasını qeyd etməklə Müraciət et düyməsində elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.