Medsol

Şirkət haqqında:
2013-cü ildə MEDSOL MMC olaraq qurulan firmamız tibbi avadanlıqların və tibbi sərf materiallarının satışı ilə tibb sektoruna xidmət etməyə başladı.
İxtisaslaşdığı tibbi cihazların distributorluğu ilə yanaşı digər tibbi ləvazimatların, xəstəxana avadanlıqlarının və müxtəlif tibbi ləvazimatların satışını davam etdirən şirkətimiz dürüstlük, xidmətdə davamlılıq, müştəri maraqlarının qorunması və insan hüquqlarına hörmət kimi əsas prinsipləri mənimsəmişdir.
Əlaqə vasitələri:
Çayçı xanım (ofis)
Vəzifə öhdəlikləri:
- Rəhbərliyə və işçilərə çay və kofe servisinin təmin olunması;
- Mətbəxin daimi təmizliyini təmin etmək;
- İstifadə etdiyi əşya və ləvazimatların gigiyenik olmasını təmin etmək;
- Avadanlıqlardan səliqəli istifadə etmək və onları səliqəli saxlamaq;
- Mətbəxlə bağlı aylıq ehtiyacların vaxtında müvafiq şöbəyə bildirilmək;
Namizəddən tələblər:
- Müvafiq sahə üzrə ən azı 1 il iş stajı
- Yaş həddi: 45 yaşa qədər
- Əmək və nizam-intizam qaydalarına riayət etmək
- Sanitar-gigiyena normalarının əsaslarını bilmək
- Səliqəli, təmizkar, məsuliyyətli və komandada işləmək bacarığı
- Gündəlik təmizlik , rəhbərliyə çay və yemək xidməti verəbilmək.
İş yeri:
- İş yeri; Bakı şəh, Nəsimi rayonu
- Əmək haqqı: NET 600-700 azn
Vakansiya ilə maraqlanan şəxslər CV-ni mövzu yerinə "Çayçı xadimə" yazmaqla Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərlər.