Fortis Group

Şirkət haqqında:
Azərbaycanın inşaat materialları istehsalı sektorunda qabaqcıl şirkətlərdən biri olan “FORTİS GROUP” MMC 2004-cü ildən fəaliyyət göstərir və fəaliyyətini təkcə Azərbaycanda deyil, həmçinin yaxın region ölkələrində də uğurla həyata keçirir. Şirkət öz fəaliyyətində innovativ istehsal texnologiyaları ilə yüksək keyfiyyətli məhsullar istehsal etməyi hədəf alıb. Şirkət öz istehsalını gips əsaslı məhsullar, sement məhsulları, kafel və metlax yapışdırıcıları, aralıq doldurucuları, hidroizolyasiya məhsulları, hazır təmir qarışıqları, boya məhsulları, xammal məhsulları, zəmin-döşəmə məhsulları, fasad məhsulları, astarlar olmaqla 11 istehsal qrupunda cəmləşdirib.
Əlaqə vasitələri:
Audit şöbə rəisi
İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
- MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı), Unity Logo-arzuolunandır;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Təhlil və analiz etmə qabiliyyətli olmalı;
- Kollektivdə işləmək bacarığı olmalı;
- Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydalarını bilməli;
Əsas vəzifə öhdəlikləri:
- Audit planları əsasında audit proqramlarının tərtib edilməsinə rəhbərlik etmək;
- Audit planları və proqramları əsasında daxili audit yoxlamalarına rəhbərlik etmək;
- Audit yoxlamaları nəticəsində müəssisənin siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərinin tətbiq edilməsinə nəzarəti həyata keçirmək;
- Dövri olaraq daxili audit yoxlamalarının aparılmasına rəhbərlik etmək və nəticələr haqqında hesabatlar, rəylər hazırlamaq;
- Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair testlər aparılmasına rəhbərlik etmək;
- Müəssisədə istehsalın keyfiyyətinə və istehsalın artırılmasına dair tədbirlərin həyata keçirilməsinə nəzarət etmək və dəstək vermək;
- Müəssisənin satış və satınalma sahələrinə nəzarəti həyata keçirmək;
- Mənimsəmə və saxtakarlıq hadisələrinin araşdırılmasına bir başa rəhbərlik etmək;
- Gündəlik cari nəzarəti həyata keçirmək;
- Anbarlarda yoxlamaların, mal-material (ehtiyat hissələrin) qalıqlarının və avadanlıqların inventarlaşmasının aparılmasını təmin etmək;
- Xəzinə qalıqlarının və sənədlərinin yoxlanışlarını həyata keçirmək;
- Debitor və kreditor borc qalıqlarının təhlilinin aparılmasını təmin etmək;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini həyata keçirmək;
- Yoxlanışlar zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat vermək;
- Nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə səmərəli təkliflər vermək;
- Cəmiyyətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılmasını təmin etmək;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
Təminatlar:
- Nahar ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).
- Korporativ nömrə ilə təmin edilir;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Audit şöbə rəisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.