Sinteks Group of Companies

Şirkət haqqında:
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
Sinteks 300-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika = brendlərini, ev əşyaları mağazalarını və 10-dan çox kafeteriya filialını idarə edir.
Aparıcı Moda Brendləri - Alexander McQueen, Armani Exchange, Balenciaga , Bally, Bottega Veneta, Burberry, Chloe, Corneliani, Diane Von Furstenberg, Diesel, D&G kids, Ermanno Scervino, Emporio Armani, Ermenegildo Zegna, Escada, ETRO, Giorgio Armani, Givenchy, Gucci, Gucci Kids, Guess, Hugo Boss, ISAIA, Jimmy Choo, Kiton, Lloyd, Marc Jacobs, Marciano, Marina Rinaldi, Marni, Max Mara, MAX&CO, Michael Kors, Pal Zileri, Paul & Shark, Patrizia Pepe, Persona by Marina Rinaldi, Ralph Lauren, Salvatore Ferragamo, St. John, Stella McCartney, Tory Burch, Tod's, YSL, Weekend Max Mara, Ermano Scervino, Sandro.
Zərgərlik portfelinə Chaumet, Damiani, Repossi, Adamas Milano, Nessa, Sydney Evan, Mounser, Parulina, Palmiero, Mattia Cielo, Mariani, Nikos Koulis, Nigaam, Sirus Tanya, Shamballa Jewels, Sara Weinstock, PERLOTA, Sutra kimi və digər məşhur brendlər daxildir.
SINTEKS həmçinin Azərbaycanda EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi məşhur konseptual mağazaların təsisçisidir.
Mass market portfelinə - New Yorker, Next, Mango, Oxxo brendlər daxildir.
Qida və İçki sahəsində SINTEKS Gloria Jean's Coffee Shops-un Bakıdakı 10 əsas məkanını və Port Baku Mall-da Emporium kafesini əhatə edir.
2020-ci ildən etibarən ev əşyaları, aksesuarlar və dekorasiya üzrə ixtisaslaşan Hom*me brendi hazırda 4 mağazaya qədər genişlənib.
Əlaqə vasitələri:
Bölüm Şefi köməkçisi (Chef de Partie)
Şirkət: Sinteks Şirkətlər Qrupuna daxil olan “FBCO” MMC
İş yeri: Emporium Café (Sea Breeze)
İş yeri haqqında məlumat:
- Emporium Cafe keyfiyyətli xidmət, rahat atmosfer və fərqli dadları ilə insanların sevimli istirahət məkanlarından biridir. Kafemizdə müasir üslubda təqdim olunan qəhvə, desert və dünya mətbəxindən təamlarla, mövsümi menyular ilə müştərilərimizin gündəlik həyatına ilham qatır. Bizim əsas məqsədimiz – hər müştəriyə özünü dəyərli hiss etdirəcək davamlı və peşəkar bir təcrübə yaşatmaqdır.
Vəzifənin məqsədi:
- Bölüm Şefi köməkçisi (DCDP) vəzifəsinin məqsədi, mətbəx stansiyasının effektiv işləməsini təmin etmək, məhsulların keyfiyyətini qorumaq, sanitariya qaydalarına riayət etmək və aşpaz heyətini rəhbərlik edərək işin düzgün təşkil olunmasına nəzarət etməkdir.
Əsas məsuliyyətlər:
- Məsuliyyət daşıdığı stansiyada (isti, soyuq, səhər yeməyi) gündəlik işin təşkili, məhsulların hazırlanması və servisə hazır vəziyyətə gətirilməsi.
- Aşpaz heyətinə rəhbərlik və nəzarət etmək, onlara texniki və gigiyenik baxımdan təlimə uyğun davamlılığı təmin etmək.
- Reseptlərə və texniki kartlara tam uyğun məhsul hazırlamaq, aşpazlar tərəfindən hazırlanmış məhsulların keyfiyyətindən əmin olmaq.
- Qida təhlükəsizliyi, sanitariya və allergen idarəetməsi qaydalarına ciddi riayət etmək.
- Xammal və ehtiyatların səmərəli istifadəsini təmin etmək və israfın qarşısını almaq.
- Stansiyanın təmizliyi, alət və avadanlığın saz vəziyyətdə saxlanılmasına cavabdehlik.
- Yeni menyuların testində iştirak etmək.
- Gündəlik hazırlıq siyahılarını yazmaq və Sous Chef-ə hesabat vermək.
Axtarılan keyfiyyətlər:
- Güclü liderlik və komanda işini təşviq etmək bacarığı
- İcraçı aşpazların təlimatlarını düzgün çatdırmaq və yerinə yetirmək bacarığı.
- Stress altında sakit və məhsuldar işləyə bilmək.
- Komandanın bir hissəsi kimi düşünmək və performansa töhfə vermək.
Tələblər:
- Orta və ya ali təhsil
- Minimum 2–4 il (A’la carte mətbəx təcrübəsi)
Əmək Şəraiti:
- Əmək haqqı: 700-900 AZN (Net) + satış göstəricilərinə əsasən aylıq bonus sistemi
- İş rejimi: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)
Əlavə imkanlar:
- Rəsmi əmək müqaviləsi
- Nahar ilə təmin olunma
- Nəqliyyat xərcinin qarşılanması
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları
- Müasir və rahat iş mühiti
Müraciət qaydası
- Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Bölüm Şefi köməkçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 010 253 08 81 Whatsapp nömrəsinə göndərə bilərlər.