Gədəbəy Mineral Suları MMC

Şirkət haqqında:
Gədəbəy rayonu yalnız tarixi və qədim abidələri ilə deyil, həm də gözəl iqlimi, səfalı bulaqları ilə də məşhurdur. Belə məşhur bulaqlardan biri də rayonun Slavyanka kəndində yerləşən “Novlu” bulağıdır. Özünəməxsus xüsusiyyətlərə və müxtəlif faydalı minerallara malik bu bulağın suyu 2004-cü ildən Gədəbəy Mineral Suları MMC şirkəti tərəfindən “Gədəbəy” və “Slavyanka – 1” markaları ilə istehsala buraxılır. Suya olan tələbatı nəzərə alaraq 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilmişdir. 2014-cü ildən isə limonad fabriki fəaliyyətə başlamışdır.
Hal-hazırda Gədəbəy Mineral Suları” MMC-də fəaliyyətdə olan iki fabrikada 6 texnoloji xətt quraşdırılmışdır. Bu xətlərdə pet və şüşə butulkalarda 38 çeşiddə müxtəlif həcmli qazlaşdırılmış və qazlaşdırılmamış mineral su, limonad məhsulları istehsal olunur.
Əlaqə vasitələri:
Laborant
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Avadanlıqların sanitar vəziyyətinin yoxlanması və analizlərin olunması;
- Su və limonatların mikrobioloji analizlərinin aparılması;
- Analiz ediləcək qida məhsullarının normativ sənədlərinə və sanitariya-gigiyena tələblərinə uyğun müayinələrinin tam formada həyata keçirilib dəyərləndirilməsinin həyata keçirilməsi;
- Mikrobioloji hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi və mikrobioloji nəticələr üzrə rəyin verilməsi;
- Qida mühitlərinin, reaktivlərin və məhlulların hazırlanması;
- Sənədlərin tərtib edilməsi və keyfiyyət şəhadətnaməsində mikrobioloji nəticələrin təsdiqlənməsi;
- Mikrobioloji zərurət halı olan məhsulun analizinin həyata keçirilməsi, nümunələrin analizi üçün reaktivlərin hazırlaması, metodik materiallara uyğun olaraq, analiz, sınaq ölçmə nəticələrinin emal edilməsi, sistemləşdirilməsi, rəsmiləşdirməsi və onların hesabatının hazırlanması.
TƏLƏBLƏR:
- Müvafiq sahə üzrə 1 ildən çox iş staji
- Müvafiq sahə üzrə təhsil
- İSO standart tələblərini bilməli,
- Kimyəvi-bioloji analizinin keçirilməsi üzrə praktiki bilikləri.
- Sertifikatların olması üstünlükdür
- Ünsiyyətcil, təşəbbüskar;
- Analitik yanaşma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə bacarığı.
Gədəbəy, Şəmkir, Gəncə bölgələrində yaşayan sakinlərə üstünlük verilir.
Müraciət etmək istəyən namizədlərdən cv-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına mövzu hissəsinə “Laborant” qeyd edərək göndərmələri xahiş olunur.