Azərpoçt

Şirkət haqqında:
Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb.
İki əsr qət etdiyimiz yolun başlanğıcı 1818-ci ildə Gəncə oldu. Tez bir zamanda əhatə dairəmiz genişlənsə də, çox çətin və şərəfli bir yol keçərək davam edirik. Əldə olunan yüksək nəticələr bizləri nəinki quruda, dənizdə və havada belə yeni hədəflərə doğru apardı. Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt və Astarabad limanları arasında dəniz poçt mübadiləsi yarandı. 100 illik yolumuzun astanasında isə Poçt və Teleqraf nazirliyi fəaliyyətə başladı. II Dünya müharibəsi dövründə də Azərbaycan poçtu və onun fədakar işçiləri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər. Bu missiya müharibədən sonrakı vaxtlarda uğurla davam etdirildi. Poçt rabitəsi müəssisələrinin sayı və poçt marşrutlarının məsafəsi bir neçə dəfə artdı. Ötən əsrin sonralında isə poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə Azərbaycan poçtu rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.
Əlaqə vasitələri:
Kiçik auditor
Vəzifə öhdəlikləri:
- Cəlb olunduğu yoxlamalar üzrə məsul olduğu sahələrin auditinin aparılması;
- Audit üzrə daxili nəzarət mexanizmlərinin qiymətləndirilməsi;
- Müəyyən edilən boşluqların rəsmiləşdirilməsi;
- Audit zamanı qanun, qayda və prosedurların icra səviyyəsinin qiymətləndirilməsi;
- Qrup rəhbərinin audit proqramına uyğun göstərişlərinin yerinə yetirilməsi;
- Müşahidə şurası, Audit komitəsi və İdarə heyəti tərəfindən təsdiq edilmiş qərarların icra səviyyəsinin qiymətləndirilməsi;
- Daxili audit departamentinin direktoru tərəfindən verilmiş digər tapşırıqların icra edilməsi.
Vəzifə üzrə tələblər:
- Ali iqtisadi/hüquqi təhsil;
- İş təcrübəsi tələb olunmur;
- Əla səviyyədə Microsoft Office proqramları bilikləri;
- Analitik düşüncə qabiliyyəti və detallara diqqətcil olmaq;
- Komanda şəklində işləmək bacarığı;
- Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.
İş şəraiti
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı ;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Kiçik auditor” qeyd etməklə CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.