ROOF Academic Training

Şirkət haqqında:

ROOF Academic Training komandası dil, beynəlxalq sertifikatlara hazırlıq, IELTS hazırlığı və xaricdə təhsil üzrə ixtisaslaşmış təhsil şirkətidir.
Şirkət öz fəaliyyətinə 2017-ci ilin yayında başlamışdır. Ümumi ingilis dili və IELTS hazırlığı ilə fəaliyyətimizə start versək də, hal-hazırda bizim xidmət sferamız həmçinin bu sahələri də əhatə edir: SAT imtahanına hazırlıq, korporativ ingilis dili dərsləri və xaricdə təhsil xidmətləri.
40 nəfərdən ibarət komandamızı təcrübəli, təhsilini həm ölkə daxilində, həm ölkə xaricində almış, xarici sertifikatlara malik müəllimlər təşkil edir. Müştərilərimizin əsasını isə yuxarı sinif məktəb şagirdləri, müxtəlif universitetlərin bakalavr və magistr tələbələri və həmçinin xaricdə yaşamaq və təhsilini davam etdirmək niyyətində olan 30 yaşa qədər şəxslər təşkil edir.

Əlaqə vasitələri:

Xaricdə təhsil üzrə mütəxəssis/konsultant

İş şəraiti:

  • Əmək haqqı: Təcrübə və bacarıqlara əsasən təyin olunacaq (və ya razılaşma yolu ilə)
  • İş yeri: Roof Academic Training
  • Ünvan: Aşıq Molla Cümə 138
  • İş rejimi: Rəsmi, Tam-ştat.

Vəzifə öhdəlikləri:

  • Xaricdə təhsil üzrə müraciət edən müştərilərə konsultasiya xidmətləri göstərmək
  • Konsultasiyaları online və ya offline formatda aparmaq, məlumatları aydın şəkildə çatdırmaq və yüksək satış bacarığı nümayiş etdirmək
  • Əla ünsiyyət bacarığı vasitəsilə müştəriləri düzgün şəkildə yönləndirmək
  • Tələbənin akademik göstəricilərinə uyğun universitet və təqaüd proqramlarının siyahısını hazırlamaq
  • Universitetlərə müraciət prosesinin başlanğıc və bitmə tarixlərini izləmək və bu barədə dəqiq məlumatlı olmaq
  • Universitetlərlə bağlı zəruri araşdırmalar aparmaq və tələb olunan sənədlər barədə ətraflı məlumatlı olmaq
  • Xaricdə təhsillə bağlı yenilikləri daimi olaraq araşdırmaq və izləmək
  • Xaricdə təhsil sahəsində peşəkar inkişafı dəstəkləyən təlim və seminarlarda fəal iştirak etmək

Tələblər:

  • İngilis dilində yüksək səviyyədə araşdırma və analiz bacarıqları
  • Güclü kommunikasiya və ünsiyyət bacarığı
  • Detallara diqqətli olmaq və dəqiq işləmək bacarığı
  • Online və ya offline konsultasiya zamanı məlumatları aydın şəkildə izah edə bilmək, satış bacarığına malik olmaq
  • Müvafiq sahə üzrə iş təcrübəsi olan namizədlərə üstünlük verilir

Xüsusi qeydlər:

  • Zaman idarəetməsi: Eyni zamanda bir neçə işi görə bilmə qabiliyyəti
  • Təzyiq altında işləmə bacarığı: Çətin vəziyyətlərdə soyuqqanlı olmaq və effektiv işləmək, problemli müştərilərlə işləmək bacarığı
  • Səbrli, məsuliyyətli və punktual olmaq

  • Bizi izləyin:

İş üçün müraciət edin

Müraciət edin

Xəyalındakı işi umano.az ilə tap