Omnitech

Şirkət haqqında:
Omnitech – pərakəndə satış, bank, maliyyə, “Fintek” və “HoReCa” kimi müxtəlif biznes sahələri üçün avadanlıq və proqram təminatının tətbiqi istiqamətində fəaliyyət göstərən innovativ şirkətdir. AR Dövlət Vergilər Xidməti tərəfindən 2019-cu ildən etibarən Omnitech şirkəti “E-Kassa Operatoru” statusu almışdır.
Omnitech şirkəti, qanunla müəyyən edilmiş tələblərə cavab verən ticarət avadanlıqlarını və müvafiq proqram təminatlarını satmaq hüququna malikdir. Hal-hazırda şirkətin təcrübəli mütəxəssisləri gələcəyin tələblərinə cavab verən qabaqcıl texnologiya və yenilikləri sahibkarlara peşəkarlıqla təklif edir. Omnitech şirkəti dünya şöhrətli brend-istehsalçıları ilə əməkdaşlıq edərək onların avadanlıqlarının regionda satışını həyata keçirir.
İşimizin əsas prinsipləri səmərəlilik, çeviklik və dəqiqlikdir. Məqsədimiz müştərilərimizə keyfiyyətli xidmətlər göstərmək və onların fəaliyyətlərini asanlaşdırmaqdır.
Əlaqə vasitələri:
Satış üzrə operator
İş şəraiti
- İş qrafiki: həftədə içi 5 gün,
- Saat: 09:00-dan 18:00-dək
- Ünvan: Bakı, Əhməd Rəcəbli 2/26
- Əmək haqqı: 500-600 Azn
İş barədə məlumat:
- Müştərilərlə səbrli, nəzakətli tərzdə danışıqların aparılması;
- Müştərilərdən daxil olan sifarişlərə əsasən şirkət məhsulları haqqında məlumat vermək (soyuq satışlar);
- Müştəri tələblərini başa düşmək və effektiv satış üçün ətraflı məlumat vermək;
- Müştəri məmnuniyyətinin təmin edilməsi;
- Satış hədəflərinin yerinə yetirilməsı;
- İş çərçivəsində şöbə rəhbərinin verdiyi tapşırıqları icra etmək;
- Şirkətin daxili nizam-intizam qaydalarına riayət etməsi;
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Yaş həddi: 21 - 30
- Dil bilikləri: Azərbaycan dili-əla; Rus dili-əla
- Ali təhsil;
- İş təcrübəsi: müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi;
- Səlis nitq, fikri aydın izah etmə bacarığı;
- Ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Satış qabiliyyəti.
- Müştəri qəbulu.
- Nəticə yönümlü.
- Excel proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Dil bilikləri- Azərbaycan dili-əla; Rus dili-əla;
Yalnız uyğun namizədlər mövzu hissəsinə “ Satış üzrə operator” yazaraq CV-ni, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Telefon: (051) 226-94-79
Daxili nömrə: (012) 310-17-11