MONOLITH CASPIAN

Şirkət haqqında:
Ukrayna bazarında qaynaq məhsulları üzrə lider olan PlazmaTek şirkətinin rəsmi nümayəndəliyi.
Əlaqə vasitələri:
Aktiv satış meneceri (Bakı şəhəri)
Əgər siz çətinliklərdən qorxmursunuzsa və sürətli, keyfiyyətli nəticəyə can atırsınızsa — bu iş sizin üçündür!
Əmək haqqı: 1300 AZN
Vəzifə:
- Yeni müştərilərin aktiv şəkildə axtarılması və mövcud müştərilərlə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi.
- Şirkətin məhsul və xidmətləri üzrə təqdimatların və məsləhətləşmələrin keçirilməsi.
- Danışıqların aparılması, müqavilələrin bağlanması və müştərilər üçün təkliflərin hazırlanması.
- Satış strategiyasının hazırlanması və həyata keçirilməsi.
- Satış planlarının icrası və görülən işlər üzrə hesabatların təqdim olunması.
Tələblər:
- Satış sahəsində azı 2 il iş təcrübəsi.
- Yüksək səviyyədə ünsiyyət bacarığı və nəticəyönümlü yanaşma.
- Azərbaycan və rus dillərini sərbəst bilmək.
- CRM sistemləri və analitik alətlərlə işləmək bacarığı.
- Təşəbbüskarlıq, məsuliyyət və peşəkar inkişafa hazırlıq
Biz təklif edirik:
- İşin bütün mərhələlərində təlim və dəstək.
- Rəqabətədavamlı əmək haqqı.
- Rəsmi əmək müqaviləsi ilə işə qəbul.
- Peşəkar komanda daxilində inkişaf imkanları.
- Beşgünlük iş qrafiki: 09:00 – 18:00.
Əgər siz nəticəyönümlü iş mühiti axtarırsınızsa, peşəkar çağırışlara hazırsınızsa və komandamızın bir hissəsi olmaq istəyirsinizsə — CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvana göndərin.
Əlaqə nömrəsi: + 994 50 825 72 88