Avto Motor Servis

Şirkət haqqında:
Biz, “Avto Motor Servis” olaraq, yalnızca sizin ehtiyaclarınıza uyğun olan yüksək keyfiyyətli sürtkü materialları təmin etmirik, biz həmçinin yağ monitorinqi, yağ saxlama həlləri, yoxlamalar və təlimlər kimi sürtkü yağları ilə bağlı geniş çeşiddə xidmətlər təklif edirik. Bizim şirkət “ExxonMobil” korporasiyasının rəsmi distribüteridir və Mobil sürtkü materiallarının Azərbaycanda və Qafqazda aparıcı təchizatçısıdır.
Əlaqə vasitələri:
Ofis meneceri
İş barədə məlumat
- Daxil olan zənglərin cavablandırılması;
- İnstagram və facebook səhifələrinin idarə edilməsi;
- Directə və mesaj qutusuna daxil olan sualların cavablandırılması;
- Gələn qonaqları qarşılanması;
- Xüsusi qonaqlara çay və kofe gətirilməsi
- Rəhbərliyin verdiyi tapşırıqların vaxtında yerinə yetirməsi;
- Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
- Direktora lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək;
- Direktorun tapşırığı ilə iclasları təşkil və iştirak etmək;
- Direktorun qərarlarının icrasına nəzarət etmək;
- Direktorun göstərişi ilə Direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək;
- İş qrafiki: Həftə içi 09:00-dan 18:00-dək, şənbə günü 09:00-dan 15:00-dək
- Maaş: 500-600 AZN
Namizədə tələblər
- Xanım namizəd;
- Sənədlərlə işləmək bacarığı;
- Azərbaycan dili biliyi yüksək səviyyədə (rus dili və ingilis dili biliyi arzuolunandır);
- Ofis avadanlıqları ilə işləmək bacarığı;
- İşə yaradıcı yanaşma, təşkilatçılıq və ünsiyyət qurmaq qabiliyyəti;
- Vəzifə öhdəliklərini vaxtında yerinə yetirmək;
- Komandada işləmək bacarığı;
- İşində məsuliyyətli, səliqəli və dəqiq olmalı;
- Danışıq qabiliyyəti yüksək olmalı
- Kompyuter bilikləri (Word, Excel) olmalı;
- Kompyuterdən və internetdən sərbəst istifadə etməyi bacarmalı;
- Direktorun birbaşa tapşırıqlarını icra etmək qabiliyyətinə malik olmalı;
Qeyd: Ofis Badamdar ərazisində yerləşir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.