Biznes Analitik (Business Analyst)
Namizədə Tələblər:
- Ali təhsil;
- İT və biznes analiz sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Proses analizi, ehtiyacların toplanması və tələblərin formalaşdırılması sahəsində təcrübə;
- Müxtəlif sənədlərin hazırlanması bacarığı (BRD, SRS, Use Case, User Story, BPMN və s.);
- Layihə idarəetmə metodologiyaları (Agile/Scrum, Waterfall) üzrə anlayış;
- SQL, Excel və ya digər analiz alətləri ilə işləmə bacarığı – üstünlükdür;
- Komanda ilə və müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı;
- Analitik və sistemli düşüncə, detallara diqqət;
- Jira, Confluence, Trello, Microsoft Teams kimi alətlərdə işləmə təcrübəsi – üstünlükdür;
- Azərbaycan və ingilis dillərində texniki sənədləri hazırlamaq bacarığı.
Vəzifə Öhdəlikləri:
- Biznes ehtiyaclarını analiz etmək və texniki tələblərə çevirmək;
- İstifadəçilər və maraqlı tərəflərlə görüşlər keçirərək məlumat toplamaq;
- Tələbləri sənədləşdirmək və inkişaf komandası ilə razılaşdırmaq;
- Proses axınlarının, sistem modellərinin və ssenarilərin hazırlanması;
- Layihə boyu dəyişiklikləri izləmək və sənədlərdə yenilikləri əks etdirmək;
- Hazırlanmış sistem və funksionallığın tələblərə uyğunluğunu yoxlamaq;
- Layihə komandası ilə sıx əməkdaşlıq edərək düzgün və vaxtında təhvil verilməni təmin etmək;
Əlavə Məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş yeri: Bakı şəhəri;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əməkhaqqı - Əməkhaqqı namizədin təcrübəsinə əsasən müəyyən ediləcək.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Biznes Analitik) qeyd edərək, Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.