Marketinq Meneceri
İşin məqsədi: Şirkətin brendini gücləndirmək, sosial media və rəqəmsal platformalarda aktivliyi artırmaq, hədəf auditoriyaya uyğun kampaniyalar hazırlamaq və marketinq fəaliyyətlərini strateji şəkildə idarə etmək.
Əsas Vəzifə Öhdəlikləri:
- Şirkətin marketinq strategiyasını planlamaq və həyata keçirmək ;
- Sosial media hesablarını (Instagram, LinkedIn, Facebook, TikTok və s.) idarə etmək və məzmun planı hazırlamaq ;
- Rəqəmsal reklam kampaniyalarının (Meta Ads, Google Ads və s.) yaradılması və optimizasiyası ;
- Kreativ kontentin (foto, video, dizayn, qrafik və s.) hazırlanmasını təmin etmək (komanda ilə və ya outsourcelarla) ;
- SEO və veb saytın marketinq baxımından inkişafında iştirak etmək ;
- E-mail marketinq, SMS kampaniyaları və digər B2C/B2B yönlü marketinq fəaliyyətlərini idarə etmək ;
- Analizlər və kampaniya nəticələrinin hesabatlandırılması ;
- Satış komandası ilə koordinasiyada işləyərək, müştəri cəlbi və satış artımı məqsədlərinə töhfə vermək.
Tələb Olunan Bilik və Bacarıqlar:
- Marketinq, Biznesin idarə olunması, PR və ya əlaqəli sahədə ali təhsil ;
- Minimum 2-3 il marketinq sahəsində təcrübə ;
- Sosial media platformalarında (Instagram, Facebook, LinkedIn, TikTok və s.) effektiv işləmək bacarığı ;
- Rəqəmsal reklam alətləri ilə işləmə bacarığı (Meta Business Suite, Google Ads, Analytics və s.) ;
- Canva, Adobe Photoshop/Illustrator və ya digər dizayn proqramlarından anlayış (ən azı brief verə biləcək səviyyədə) ;
- Yaradıcı düşüncə, kontent yazmaq və vizual məzmunu strukturlaşdırmaq bacarığı ;
- Güclü kommunikasiya, analiz və planlama bacarıqları ;
- Azərbaycan və İngilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı (Rus dili üstünlükdür) ;
- Komanda ilə işləmək və eyni zamanda müstəqil qərarvermə bacarığı.
Əlavə üstünlüklər:
- Təhsil, texnologiya və ya kibertəhlükəsizlik sahəsində çalışmış olması ;
- Video kontent yaradılması üzrə təcrübə ;
- PR və influencer əməkdaşlıqları üzrə iş təcrübəsi ;
- Event marketinqi və offline tədbirlərin təşkili təcrübəsi.
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əməkhaqqı - Əməkhaqqı namizədin təcrübəsinə əsasən müəyyən ediləcək.
Qeyd: Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.