Biznesin İnkişafı üzrə Mütəxəssis
İşin məqsədi: Şirkətin məhsul və xidmətlərinin satışını artırmaq, həmçinin strateji böyümə imkanlarını araşdıraraq davamlı inkişafı təmin etmək.
Əsas Vəzifə Öhdəlikləri:
- Potensial müştərilərin və tərəfdaşların araşdırılması, əlaqələrin qurulması və inkişaf etdirilməsi ;
- B2B və B2G müştərilərlə təkliflərin hazırlanması, təqdimatların keçirilməsi və danışıqların aparılması ;
- Tender və satınalma elanlarının izlənməsi, iştirak üçün sənədlərin hazırlanması və koordinasiya ;
- Şirkətin təqdim etdiyi məhsul və xidmətlərin satışını təşviq etmək məqsədilə strategiyaların hazırlanması;
- Müştəri ehtiyaclarının təhlili və onlara uyğun həllərin formalaşdırılması;
- Rəqəmsal trendləri və bazar dəyişikliklərini izləyərək yeni imkanların təhlili;
- Departamentlərarası koordinasiya (texniki, hüquqi, marketinq və s.) və layihələrin idarəsində iştirak ;
- Mövcud müştəri portfelinin saxlanılması və yeni müştəri cəlbi məqsədilə kampaniyaların planlaşdırılması ;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələb Olunan Bilik və Bacarıqlar:
- Biznesin idarə olunması, Marketinq, İqtisadiyyat, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə ali təhsil ;
- Satış, biznes inkişafı və ya strateji tərəfdaşlıq sahəsində iş təcrübəsi ;
- Kommersiya təklifləri, müqavilə şərtləri və təqdimat hazırlamaq bacarığı ;
- Yaxşı kommunikasiya və təqdimat bacarığı ;
- Satış yönümlü düşüncə və nəticə əsaslı işləmək bacarığı ;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı (Rus və İngilis dili üstünlükdür) ;
- Komanda ilə işləmək, təşəbbüskar olmaq və dinamik mühitə uyğunlaşmaq bacarığı.
Əlavə üstünlüklər:
- İT, kibertəhlükəsizlik və ya rəqəmsal məhsullar sahəsində iş təcrübəsi ;
- Tender sənədləri və dövlət layihələri ilə bağlı təcrübə ;
- Beynəlxalq bazarlara çıxış üzrə bilik və təcrübə ;
- Satış və ya marketinq üzrə beynəlxalq sertifikatlar (məs: B2B Sales, Digital Marketing Fundamentals və s.)
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əməkhaqqı - Əməkhaqqı namizədin təcrübəsinə əsasən müəyyən ediləcək.
Qeyd: Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.