Camal LTD

Şirkət haqqında:
20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir.
“ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı.
2000-ci ildə, ilk dəfə olaraq müəssisə yerli dondurma məhsullarını qablaşdırmağa başladı və “Bakinka” adlı ilk brend satışa çıxarıldı.
Əlaqə vasitələri:
Avtoyuyucu
Namizədə tələblər:
- Təhsil: Orta;
- Yaş: 25 – 45;
- Məsuliyyətli, diqqətli, işə ciddi yanaşmalı və davamiyyətli olmalı;
İş barədə məlumat:
- Avtonəqliyyat vasitələrinin yuyulmasını təmin etmək;
- İşlətdiyi yuyucu aparata müəyyən vaxt aralıqlarında baxış keçirmək və onun saz vəziyyətdə qalmasını təmin etmək;
- İşlədiyi ərazidə təmizliyə riayət etmək;
- Avtonəqliyyat vasitələrini yumaq va silmək üçün lazım olan məişət əşyalarının təmin edilməsi ilə bağlı rəhbərinə müraciət etmək;
- Təyin olunmuş vaxtda işə gəlmək və iş saatlarında səmərəli fəaliyyət göstərmək;
Əlavə məlumatlar:
- Əmək haqqı: 670 Azn net
- İş qrafiki: 6 günlük
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini, mövzu hissəsində “Avtoyuyucu” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Əlaqə - 055 5003207