Aral Group Baku

Şirkət haqqında:
ARAL GROUP şirkətinin bünövrəsi 1991-ci ildə Konyada qoyulmuş, əsasən idxalat, ixracat və inşaat sektorunda fəaliyyətə başlamışdır.
İdarə Heyətinin Sədri Cənab Ahmet Çetinin liderliyində mənimsənilən uzaqgörən vizyon və yenilikçi şüur, bu paraleldə inkişaf edən təşkilati quruluş və nail olunan performans səviyyəsi ilə qısa bir müddət ərzində istər yerli, istərsə də beynəlxalq sferada xüsusilə inşaat və ticarət sahəsində mühüm yerlərə çatmışdır. 1990 - 2000-ci illərdə, Türk İqtisadiyyatında yaşanan inkişafa paralel olaraq, ARAL GROUP, beynəlxalq platformalardakı fəaliyyətlərini, reallaşdırdığı Mühəndislik-Tədarük-İnşaat əsaslı "Açar Təhvili" layihələr ilə xüsusilə Azərbaycan Respublikasına daxil olmuş və əldə olunan müvəffəqiyyət səviyyəsi ilə Beynəlxalq Türk Podratçılar arasında layiq olduğu üstün mövqeyi qazanmışdır.
Əlaqə vasitələri:
Baş Elektrik Mühəndisi
İş yeri: Bakı, Azərbaycan
Vəzifə öhdəlikləri:
- Tələbə uyğun həcmi qismən az olan obyektlər üçün layihələrin çəkilməsi;
- Layihələrin və təsnifat cədvəllərinin yoxlanılması ;
- Texniki şərtnamələrin hazırlanmasında iştirak etmək ;
- Əlaqəli hesabatların hazırlanması;
- Elektrik sistemlərinin layihəyə uyğun qurulmasına və icrasına nəzarət etmək;
- Elektrik avadanlıqlarının və materiallarının keyfiyyətini yoxlamaq və düzgün istifadəsini təmin etmək;
- Podratçılar və elektrik heyətinin iş prosesini idarə etmək və nəzarətdə saxlamaq;
- Tikinti sahəsində elektrik sistemlərinə aid texniki sənədləşməni aparmaq;
- Layihənin vaxtında və keyfiyyətli icrasını təmin etmək;
- Elektrik şəbəkələrinin təhlükəsizlik qaydalarına uyğun qurulmasını təmin etmək.
Tələblər:
- Elektrik mühəndisliyi üzrə ali təhsil;
- Elektrik sistemləri üzrə ən azı 5 il iş təcrübəsi;
- Elektrik normativləri və qaydaları haqqında dərin biliklər;
- AutoCAD, MS Office və digər müvafiq proqramlardan istifadə bacarığı;
- İdarəetmə proqramları üzrə biliklər ( ERP üzrə biliklərinin olması üstünlükdür);
- Komanda ilə işləmək və problemləri operativ həll etmək bacarığı.
İş şəraiti:
- Əmək haqqı: Razılaşma əsasında
- İş qrafiki: 6 günlük iş həftəsi
- Rahat və peşəkar iş mühiti
Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində "Baş Elektrik Mühəndisi" yazılması xahiş olunur.