Aral Group Baku

Şirkət haqqında:
ARAL GROUP şirkətinin bünövrəsi 1991-ci ildə Konyada qoyulmuş, əsasən idxalat, ixracat və inşaat sektorunda fəaliyyətə başlamışdır.
İdarə Heyətinin Sədri Cənab Ahmet Çetinin liderliyində mənimsənilən uzaqgörən vizyon və yenilikçi şüur, bu paraleldə inkişaf edən təşkilati quruluş və nail olunan performans səviyyəsi ilə qısa bir müddət ərzində istər yerli, istərsə də beynəlxalq sferada xüsusilə inşaat və ticarət sahəsində mühüm yerlərə çatmışdır. 1990 - 2000-ci illərdə, Türk İqtisadiyyatında yaşanan inkişafa paralel olaraq, ARAL GROUP, beynəlxalq platformalardakı fəaliyyətlərini, reallaşdırdığı Mühəndislik-Tədarük-İnşaat əsaslı "Açar Təhvili" layihələr ilə xüsusilə Azərbaycan Respublikasına daxil olmuş və əldə olunan müvəffəqiyyət səviyyəsi ilə Beynəlxalq Türk Podratçılar arasında layiq olduğu üstün mövqeyi qazanmışdır.
Əlaqə vasitələri:
Smeta üzrə mühəndis
Öhdəliklər:
- Layihə sənədlərinə uyğun ümumi tikinti, mexaniki və elektrik təchizatı işlərinin layihə smeta sənədlərinin tərtibatı;
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi;
- Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması;
- Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
- Sahələrdən gələn texniki hesabatların yoxlanması;
- Layihələr üzrə iş qrafiklərin tərtib edilməsi və layihə üzrə işlərin planlaşdırılması;
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına ,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi
Tələblər:
- Mühəndis ixtisası üzrə ali təhsil-mütləqdir;
- Müvafiq sahədə iş təcrübəsi- mütləqdir;
- Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
- Komputer bilikləri: Microsoft Office və AutoCAD (Smeta+ , Microsoft Project bilənlərə üstünlük verilir) proqramları;
- İşə məhsuliyyətli yanaşmaq;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi.
Əmək haqqı müsahibə əsasında razılaşdırılır.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Smeta üzrə mühəndis” qeyd etməklə şəkilli CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.