Veysəloğlu MMC

Şirkət haqqında:
“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 4000-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.
Əlaqə vasitələri:
Təhlükəsizlik əməliyyatları Mərkəzinin Aparıcı Analitiki
Vəzifə öhdəlikləri:
- İnformasiya və kibertəhlükəsizlik insidentlərini araşdırmaq və cavab tədbirlərini həyata keçirmək
- Əməkdaşları informasiya təhlükəsizliyi qaydaları, kibertəhdidlərlə bağlı maarifləndirmək və fişinq simulyasilarını həyata keçirmək
- Yeni qurulacaq sistemlər üçün informasiya təhlükəsizliyi tələblərini və elementlərini müəyyənləşdirmək
- Şirkətin informasiya sistemlərindəki məlumatlarının əlçatanlığına, məxfiliyinə və tamlığına təsir edən təhlükəsizlik boşluqlarını aşkarlamaq və aradan qaldırmaq üçün tövsiyələr vermək
- Bütün informasiya sistemlərinin və infrastrukturun SIEM Monitorinq sisteminə qoşulmasını təmin etmək
- Məlumat sızmasından mühafizə (DLP) sistemlərinin tətbiqində iştirak etmək
- Kibertəhdidlərin kəşfiyyatı (CTI) sistemindən daxil olmuş insident və bildirişləri analiz etmək və cavab tədbirlərini təşkil etmək
- Müvafiq təhlükəsizlik prosedurları, standartları və qaydalarının Şirkətdə tətbiq edilməsini monitorinq etmək
- İnformasiya təhlükəsizliyi üzrə yerli və beynəlxalq qanunlar ilə uyğunluğa nəzarət etmək
Tələblər:
- EDR/XDR həlləri ilə işləmə bacarığı;
- DLP həlləri ilə bağlı iş təcrübəsi;
- SIEM həlləri ilə bağlı təcrübə;
- Vulnerability scanning proqram təminatı ilə işləmə bacarığı;
- Yeni nəsil firewall-lar (NGFW) ilə işləmə bacarığı;
- Veb təhlükəsizlik (Web Application Firewall) haqqında biliklərin olması;
- Azure Cloud bilikləri(arzuolunandır);
- Əməliyyat sistemlərinin təhlükəsizliyi barədə biliklər;
- Şəbəkə təhlükəsizliyi ilə bağlı biliklər;
- İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər;
- Azərbaycan dili, ingilis dili (texniki) biliklərinə;
- Komandada işləmək bacarığına sahib olan şəxsdir.
Şəxsi keyfiyyətlər:
- Problemlərin həll olunmasında kreativ yanaşma.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
- Təlim və sertifikat proqramlarına dəstək.
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təhlükəsizlik əməliyyatları Mərkəzinin Aparıcı Analitiki” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.