Az-Caspian CONSTRUCTION

Şirkət haqqında:
2009-cu ildən “Az-Caspian CONSTRUCTION” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb.
Bu gün “Az-Caspian CONSTRUCTION” ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. Şirkətimiz qarşısına qoyduğu məqsədlərə artıq böyük uğurla çatmış və bundan sonrakı fəaliyyətində də bu kursu davam etdirmək əzmindədir.
Tam spektrda xidmət göstərən şirkətimiz, memari layihələrin yaradılması, mühəndislik hesablamaların aparılması, innovativ texnologiyalar, materiallar və unikal istehsalat imkanlarının istifadəsiylə keçirilən tikinti işlərindən başlayaraq interyer və landşaft dizaynına qədər istənilən mürəkkəblikdə məsələləri həll edir.
Əlaqə vasitələri:
Mexanika Mühəndisi
İşin təsnifatı:
- Texniki və sənədlər toplusunun hazırlanması;
- Dizayn üzərindən layihələrin hazırlanmasına nəzarət;
- Layihə sənədlərinin hazırlanması;
- Tikinti sahəsinin vəziyyətinin yoxlanılması;
- İş öncəsi sifarişçi ilə layihə tələblərinin müzakirəsi;
- Təmir işləri görüləcək sahənin ölçü işlərinin götürülməsi;
- AutoCad ilə çizgilərin hazırlanması;
- Təkliflərin, texniki tapşırığın tələblərinə uyğunluğunun yoxlanması;
- Layihə hesabatlılığının hazırlanması;
- BOQ hazırlanması;
- Həftəlik layihələrin statusları haqda hesabatların verilməsi;
- Layihələrdə tikinti quraşdırma işlərinin standart və material istifadəsinin tələblərinə cavab verməsinə nəzarət;
- Layihə tapşırığı və texniki şərtlər əsasında HVAC sistemləri layihələrini AzDTN və digər normativ sənədlərə uyğun tərtib etmək;
- HVAC istilik, ventilyasiya və kondisioner (ümumilikdə isitmə və soyutma sistemlərini) sistemlərinin istismarını,yoxlanışını bilməli və avadanlıqları tanımalıdır;
- Qaz sobalarına, qazanlara, kondisionerlərə,AHU-lara,VRV-lərə,çillerlərə,istilik nasoslarına,su matorlarına , elektrik sobalarına, kanalsız split sistemlərə, nəmləndirmə və nəmləndirmə avadanlığına, elektron hava təmizləyicilərinə və hava təmizləmə sistemlərinə, evolution daxil olmaqla yaşayış məntəqələrinə nəzarət sistemlərinə xidmət göstərilməsi, təmiri və/və ya dəyişdirilməsini təmin etməlidir;
- Avadanlıqların düzgün işləməsini təmin etmək üçün bütün problemləri vaxtında aşkarlayıb daxili resusların və yaxud 3-cü tərəflərin hesabına operativ həll etmək.
Tələblər:
- Ali təhsil (Mexanika sahəsi üzrə);
- Tikinti sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;
- İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
- MS Office (Word, Excel), AutoCad, proqramlarını yüksək səviyyədə bilməli;
- Yüksək səviyyədə analitik-riyazi biliklər;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- İşə planlı yanaşma, vaxtıidarəetmə bacarıqları.
Əlavə məlumatlar:
- İş rejimi: 6 gün.
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Mexanika Mühəndisi” yazaraq Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqə telefonu: 055 216 20 65