Az-Caspian CONSTRUCTION

Şirkət haqqında:
2009-cu ildən “Az-Caspian CONSTRUCTION” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb.
Bu gün “Az-Caspian CONSTRUCTION” ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. Şirkətimiz qarşısına qoyduğu məqsədlərə artıq böyük uğurla çatmış və bundan sonrakı fəaliyyətində də bu kursu davam etdirmək əzmindədir.
Tam spektrda xidmət göstərən şirkətimiz, memari layihələrin yaradılması, mühəndislik hesablamaların aparılması, innovativ texnologiyalar, materiallar və unikal istehsalat imkanlarının istifadəsiylə keçirilən tikinti işlərindən başlayaraq interyer və landşaft dizaynına qədər istənilən mürəkkəblikdə məsələləri həll edir.
Əlaqə vasitələri:
SƏTƏM üzrə mütəxəssis
Öhdəliklər:
- İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etməlidir.
- Yeni işə qəbul olunanlara,podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, əməyin mühafizəsi üzrə giriş təlimatlandırma proqramını hazırlamaq və təlimat keçmək.
- Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
- İşçilərə təhlükəsizilik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək.
- Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək
- Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək.
- Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.
- Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmaq.
- Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirməsinə nəzarət etmək
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.
Tələblər:
- Ali texniki təhsilinin olması;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Sətəm üzrə tələb olunan uyğun sertifikatların olması;
- Əməyin təhlükəsizliyi və Ətraf Mühitin qorunmasının təmin olunması ilə bağlı lazımi biliklərə malik olmaq;
- Ms Office(Outlook, Word, Excel Aconex) proqramlarında işləmə bacarığı;
- Azərbaycan, rus dilində qismən;
- Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı;
- İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı;
- Ünsiyyət və münasibət qurma bacarığı, məsuliyyətli və pozitiv yanaşma.
Əlavə məlumatlar:
- İş rejimi: 6 gün.
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “SƏTƏM üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqə telefonu: 055 216 20 65