Proqram təminatının versiyalanması və quraşdırılması mütəxəssisi
İş yeri: Bakı, Azərbaycan
İş növü: Tam ştat (full-time)
Proqram təminatlarının sabit və təhlükəsiz şəkildə quraşdırılmasına nəzarət etməyə hazırsınız?
PROSYS MMC komandası olaraq proqram təminatlarının versiyalanması və quraşdırılması proseslərini idarə edəcək, müxtəlif əməliyyat sistemləri və verilənlər bazalarında təcrübəli mütəxəssis axtarırıq!
Əgər siz texniki biliklərə, problem həll etmə bacarığına və komanda ruhuna sahibsinizsə, bu fürsəti qaçırmayın!
Sizdən nələri gözləyirik?
- Proqram təminatının quraşdırılması üçün versiyalar şəklində quraşdırma paketləri hazırlamaq bacarığı,
- MS Windows, Linux, Unix əməliyyat sistemləri üzrə quraşdırma və inzibatçılıq təcrübəsi,
- Oracle və MSSQL Server verilənlər bazalarının quraşdırılması və inzibatçılığı üzrə biliklər,
- SQL dilində işləmək bacarığı,
- Analitik düşüncə və problem həll etmə bacarığı,
- Tapşırıqlara adaptasiya və sərbəst araşdırma qabiliyyəti,
- Komanda daxilində işləmə bacarığı və kollektiv şüur,
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi şəxsi keyfiyyətlər,
- Asan ünsiyyət qurma bacarığı və fikirləri strukturlaşdırılmış şəkildə təqdim etmə bacarığı,
- Ali təhsil,
- Ən azı 3 illik müvafiq iş təcrübəsi,
- C# bilikləri olan namizədlərə üstünlük verilir,
- Texniki ingilis dili biliyi (yaxşı bilənlərə üstünlük verilir),
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı.
Görəcəyiniz işlər:
- Proqram təminatlarının yeni versiyalarının hazırlanması və quraşdırılması,
- Windows ƏS-də IIS və Linux ƏS-də Nginx serverlərinin quraşdırılması və inzibatçılığı,
- Oracle və MSSQL Server verilənlər bazalarının quraşdırılması və optimallaşdırılması,
- Verilənlər bazasında ehtiyat nüsxələrin avtomatik hazırlanmasının təmin edilməsi və gündəlik nəzarəti,
- Verilənlər bazasının yeni versiyalarının yüklənməsi və sazlanması.
Biz sizə nə təklif edirik?
- Rəqabətli əmək haqqı (bilik və təcrübəyə uyğun olaraq),
- Həftənin 5 günü iş rejimi (09:00 - 18:00, istirahət günləri: şənbə, bazar),
- Peşəkar inkişaf və innovativ layihələrdə iştirak imkanı,
- Dostyana və dəstəkləyici iş mühiti.
Müraciət etmək üçün:
Əgər bu imkan sizi maraqlandırırsa və kriteriyalara uyğunsunuzsa, mövzu hissəsində “Quraşdırma mütəxəssisi” yazaraq CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərin.
Proqram təminatlarının təhlükəsiz və səmərəli şəkildə idarə olunmasına töhfə vermək istəyirsiniz? O zaman komandamıza qoşulun!