Air Group

Şirkət haqqında:
2006-cı ildən fəaliyyət göstərən “AirGroup” MMC şirkəti, əsas etibarilə, təyyarədaxili əyləncə sistemlərinin (Inflight Entertainment) yüksək səviyyədə təmin edilməsi üzrə ixtisaslaşmışdır. Bu yolda gərgin zəhmət nəticəsincə əldə olunan nailiyyətlər və zəngin təcrübə şirkətin daha da inkişaf etməsi üçün geniş üfüqlər açmışdır.
Müasir dövrün tələb və ehtiyaclarına uyğun olaraq “AirGroup” şirkəti dünya üzrə məşhur studiyalar və müxtəlif istehsalçılar ilə davamlı əməkdaşlıq etməkdədir. Şirkət bu istiqamətdə bağlanmış birbaşa müqavilələr sayəsində yenicə işıq üzü görən istənilən kontenti müvafiq şərtlər ilə təmin etmək qabiliyyətinə malikdir.
Sözsüz ki, şirkətin təyyarədaxili əyləncə sistemləri sahəsində fəaliyyəti bununla məhdudlaşmır. “AirGroup” qarşıya qoyulan tapşırıqların həcmindən və xaraterindən asılı olmayaraq hər bir məsələyə özəl yanaşma nümayiş etdirməklə, sistemdaxili mürəkkəb kodlaşdırma işləri, həmçinin, günün nəbzini tutaraq ən müasir təyyarədaxili əyləncə proqram təminatları və lazımi avadanlıqların təmin edilməsi əməliyyatlarını da müvəffəqiyyətlə həyata keçirməkdədir.
Əlaqə vasitələri:
İnzibati işlər üzrə təcrübəçi
Namizədə tələblər
- Ali təhsil
- Azərbaycan dili yüksək səviyyədə olmalı, rus dili üstünlükdür
- Problemləri və münaqişələri həll edə bilməli
- MS Office (Word, Excel) yaxşı səviyyədə bilməli
İş barədə məlumat
- Ofis daxili sənədlərlə işləmək, sənədləşmə işlərinə nəzarət etmək
- Görülən işləri prosedur və təlimatlara uyğun görmək
- Gündəlik kargüzarlıq və ofis daxili işləri yerinə yetirmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları həll etmək
Əlavə məlumatlar:
- İş saatları: 09:00-18:00
- İş günləri: həftədə 5 gün
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “İnzibati işlər üzrə təcrübəçi” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.