Sirab Satış və Dağıtım MMC

Şirkət haqqında:
”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa,Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Əlaqə vasitələri:
Satınalma üzrə mütəxəssis
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr
- Komputer bilikləri: MS Office - əla;
- Təcrübə: Sahə üzrə ən azı 2 il iş təcrübəsi;
Fərdi keyfiyyət göstəriciləri:
- Keyfiyyət yönümlülük;
- Diqqətlilik;
- İntizamlılıq;
- Yenilikçi və proaktiv yanaşma;
- Məsuliyyətli.
İş barədə:
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Satınalma pressesinin əlverişli şərtlərlə həyata keçirilməsi;
- Bazarın təhlili, tələb olunan malların yerli və xarici bazarda araşdırılması;
- Təchizat sifarişlərinin təşkili, idarə edilməsi və hesabatların hazırlanması;
- Satınalma prosesi zamanı ilkin qiymətləndirmə, danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması;
- Müxtəlif mal və xidmətlərə ehtiyacların müəyyən edilməsi, tədarükçülərlə əlaqələrin qurulması və əlaqələrin davamlılığının təmin edilməsi;
- Satınalma müqavilələrinin hazırlanması və şərtlərinin razılaşdırılması;
- Tədarükçülərdən gələn təkliflərin qiymətləndirilməsi və ən yaxşı təklifin seçilməsi;
- Alınan malların və xidmətlərin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsinin təmin edilməsi, satınalma prosesinin izlənməsi və idarə edilməsi;
- Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirilməsi.
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
Vəzifə üzrə əmək haqqı:
- Namizədin bilik və bacarığına uyğun olaraq
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazmaqla Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.