Veysəloğlu MMC

Şirkət haqqında:
“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 4000-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.
Əlaqə vasitələri:
Şəbəkə İnzibatçısı Mütəxəssisi
"Veysəloğlu" MMC İnformasiya Texnologiyaları Direktorluğunda, "Şəbəkə İnzibatçısı Mütəxəssisi" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
Vəzifə öhdəlikləri:
- Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak etmək;
- Qurulacaq şəbəkələrin fiziki və məntiqi topoloji sxemlərini hazırlayıb və yenilənməsinə nəzarət etmək;
- Şəbəkə infrastrukturu üçün texniki sənədləşməni təşkil etmək;
- Aktiv və passiv şəbəkə avadanlıqlarının quraşdırılmasını, konfiqurasiyasını yerinə yetirmək;
- Şəbəkə yükü və trafik optimizasiyasını təhlil edib və təkliflər vermək - Telekommunikasiya avadanlıqlarının fasiləsiz işinin təmin etmək;
- Şəbəkə resurslarında risklərin qiymətləndirilməsi üzrə təkliflər vermək;
- Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək.
Tələblər:
- Ali Təhsil ;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Şəbəkə Texnologiyaları: TCP/IP, DNS, DHCP, VPN, NAT, routing protokolları (BGP, OSPF, EIGRP) və şəbəkə topologiyalarında nəzəri və praktik bacarıqlar;
- Avadanlıqların İdarə Edilməsi: Cisco, Juniper kimi şəbəkə cihazları ilə təcrübə;
- Firewall və Təhlükəsizlik Texnologiyaları: Şəbəkə təhlükəsizliyi qaydaları və firewall ( Fortinet, Palo Alto) idarəetməsində təcrübə. Wi-Fi Texnologiyaları: Enterprise Wi-Fi konfiqurasiyası və problem həlli;
- Şəbəkə Monitorinqi: Şəbəkə monitorinqi üçün proqram təminatları ( SolarWinds, Nagios, Zabbix) ilə işləmə təcrübəsi;
- Trafik Analizi və Problem Həlli: Wireshark və digər analiz alətləri ilə şəbəkə problemlərini aşkar etmək bacarığı;
- CCNP sertifikatı biliklərinə sahib olmaq ( sertifikat arzuolunandır)
Şəxsi keyfiyyətlər:
- Problemlərin həll olunmasında kreativ yanaşma.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
- Təlim və sertifikat proqramlarına dəstək.
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Şəbəkə İnzibatçısı Mütəxəssisi” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.