Blue Planet Distribution

Şirkət haqqında:
Blue Planet Distribution şirkəti Azərbaycan ərazisində idman, dəbli geyim və zinyət əşyaları brendləri üzrə aparıcı partnyorlardan biridir. Şirkət Paşa Holdinqin tərkibinə daxildir. Fəaliyyət göstərdiyimiz sahədə dərin biliklər və müştərilərə müstəsna xidmət bizi fərqləndirərək daha da inkişaf etdirir.
Bu gün Blue Planet şirkəti idman sahəsində Go Sport, Courir, Skechers və Nike brendlərinin Azərbaycanda rəsmi brend partnyorudur. Pərakəndə sektorundan dərin məlumatlılıq, istehlakçı vərdişlərinin, davranışlarının dayanmadan öyrənilməsi sayəsində Blue Planet fəaliyyət sahəsini genişləndirərək dəbli geyim və zinyət əşyaları sektorunda da Celine, Brunello Cucinelli, Tiffany, Bvlgari, Dolce&Gabbana, Valentino kimi brendlərin Azərbaycanda rəsmi partnyoru olmağı bacarmışdır. 2021-ci ildə isə Blue Planet Nine West brendi ilə rəsmi əməkdaşlığa uğurla imza atmışdır.
Əlaqə vasitələri:
Kassir
Əsas Öhdəliklər:
- Rəhbərlik tərəfindən gələn bütün təlimatların vaxtında icra edilməsi
- Məxfiliyə ciddi nəzarət
- Kassa aparatının, post terminalın, kompüterin işlək vəziyyətə gətirilməsi, qeyd edilən avadanlıqların eləcə də, telefonun işləməsinin yoxlanılması.
- Satış üzrə əməliyyatların və malların hərəkətini mütləq şəkildə sistem vasitəsilə həyata keçirilməsi
- Hədiyyə kartlarının təklifi və məlumatlar bazasına əlavə edilməsi
- Kassada səliqə və təmizliyin olmasına nəzarət
- Çantaların, printer çeklərin, POS çeklərin sistemdə mövcudluğunu yoxlamaq
- Ehtiyac yarandıqda satışla məşqul olmaq
- Müştərilər və işçilər tərəfindən malların itirilməsinin və oğurluq hallarının qarşısını almaq üçün məsuliyyətli və diqqətli olmaq.
Tələblər və bacarıqlar:
- Azərbaycan dilini səlis bilmək
- Aktiv, məsuliyyətli və diqqətli olmalı
- Dinamik, səbrli və gülərüz
- Stressə davamlılıq
İş yeri: Port Baku Mall
Maraqlanan namizədlərdən CV-lərini mövzu yerinə “Kassir” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur. Yalnız tərcümeyi halı vəzifə tələblərinə tam uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.