Veysəloğlu-Rossmann

Şirkət haqqında:
“Veysəloğlu-Rossmann” ölkəmizdə Almaniyanın “Rossmann” firmasının sağlamlıq və şəxsi qulluq məhsullarının “Rossmann” brendli mağazalar vasitəsilə satışını həyata keçirir. “Rossmann” şirkəti 1972-ci ildə Almaniyada Dirk Rossmann tərəfindən qurulub. Bu gün şirkətin Almaniya, Polşa, Macarıstan, Çexiya, İspaniya, Albaniya və Türkiyədə 4300-dən çox mağazası fəaliyyət göstərir. Markanın əsasında sağlamlıq və şəxsi qulluq məhsullarını birlikdə təklif edən pərakəndə satış konsepsiyası dayanır. Qlobal brendlərin məhsullarını sərfəli qiymətlərlə müştərilərə təqdim etmək markanın əsas prinsiplərindən biridir.
“Rossmann” öz məhsullarını heyvanlar üzərində sınamayan markalardandır və heyvanlara zərər verən istənilən davranışı doğru hesab etmir. Brendin məhsulları yalnız dermatoloji olaraq, könüllülər üzərində sınaqdan keçirilir.
Əlaqə vasitələri:
Master Data və Plonoqram üzrə kiçik mütəxəssis
Vəzifə öhdəlikləri:
- Yeni məhsul, müştəri, təchizatçı və digər əsas obyektlərin düzgün qeydiyyat və təsnifatını təmin edir;
- Master Data Proseslərində əlaqəli qurumların işçilərinin koordinasiyasını edir
- Mikroplanoqramlarda edilən dəyişiklikləri çeşidlər üzrə düzgün şəkildə
- Müraciət əsasında daxil olmuş yeni məhsullar üzrə planoqramları hazırlamaq, məhsula aid məlumatları araşdırmaq və uyğun olaraq proqrama daxil etmək
Namizədə Tələblər:
- Ali təhsil
- Azərbaycan dili, rus və ingilis dili arzu olunandır
- Ofis proqramlarında işləmək bacarığı
- Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti
- Komanda ilə işləmək bacarığı;
- Diqqətli və ünsiyətcil olmaq;
Təminatlar:
- Nahar və servis ilə təmin edilmə
- Tibbi sığorta
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Master Data və Plonoqram üzrə kiçik mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.