AZINTELECOM

Şirkət haqqında:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 3 əsas xidmət istiqaməti var. Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. Şirkətin loqotipi və korporativ rənglərinin yaradılması prosesində adları çəkilən prinsiplər əsas meyarlar kimi seçilərək şirkətin missiyası və gələcəkyönümlü planlarına uyğunlaşdırılıb. “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.
Əlaqə vasitələri:
Texniki dəstək mütəxəssisi (L3 dəstək)
Departament: Rəqəmsal Həllər/Məhsul inkişafı şöbəsi
Vəzifə öhdəlikləri:
İOS üzrə məsələlərə dəstək (Swift):
- İOS platformasından gələn müştəri problemlərini ilkin olaraq araşdırmaq, həll etmək və zərurət olduqda İOS developer komandasına yönləndirmək;
- Çağrı Mərkəzi operatorlarından, Email, Sentry və digər kanallardan gələn İOS əlaqəli sorğuları qeydiyyata almaq, problemlərin dəqiq təsvirini və müştərinin əlaqə məlumatlarını təmin etmək;
- İOS tətbiqi ilə bağlı problemləri dərhal təhlil etmək;
- Müştərilərə operativ və effektiv dəstək göstərmək;
- Problemin həlli prosesini izləmək və müştərini məlumatlandırmaq;
- Həll edilmiş və ya yönləndirilmiş hər bir İOS problemini müvafiq sistemdə sənədləşdirmək;
- Təkrarlanan İOS problemlərini müəyyənləşdirmək və bu barədə rəhbərliyə məlumat vermək;
- Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq;
Android üzrə məsələlərə dəstək (Kotlin)
- Android platformasından gələn müştəri problemlərini ilkin olaraq araşdırmaq, həll etmək və zərurət olduqda Android developer komandasına yönləndirmək;
- Çağrı Mərkəzi operatorlarından, Email, Sentry və digər kanallardan gələn Android əlaqəli sorğuları effektiv şəkildə idarə etmək;
- Problemlərin dəqiq təsvirini və müştərinin əlaqə məlumatlarını təmin etmək;
- Android tətbiqi ilə bağlı problemləri dərhal təhlil etmək;
- Standart həllər və prosedurlar əsasında problemləri həll etmək;
- Müştərilərə operativ və effektiv dəstək göstərmək;
- Həll edilmiş və ya yönləndirilmiş hər bir Android problemini müvafiq sistemdə sənədləşdirmək.
- Təkrarlanan Android problemlərini müəyyənləşdirmək və bu barədə rəhbərliyə məlumat vermək.
- Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
Veb üzrə məsələlərə dəstək (C# və React bilikləri)
- Veb platformasından gələn müştəri problemlərini ilkin olaraq araşdırmaq, həll etmək və zərurət olduqda Veb developer komandasına yönləndirmək;
- Çağrı Mərkəzi operatorlarından, Email, Sentry və digər kanallardan gələn Veb əlaqəli sorğuları effektiv şəkildə idarə etmək;
- Veb tətbiqi ilə bağlı problemləri dərhal təhlil etmək;
- Standart həllər və prosedurlar əsasında problemləri həll etmək;
- Müştərilərə operativ və effektiv dəstək göstərmək;
- Problemin həlli prosesini izləmək və müştərini məlumatlandırmaq;
- Həll edilmiş və ya yönləndirilmiş hər bir Veb problemini müvafiq sistemdə sənədləşdirmək;
- Təkrarlanan Veb problemlərini müəyyənləşdirmək və bu barədə rəhbərliyə məlumat vermək;
- Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
Tələb olunun biliklər:
- İnformasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahədə ali təhsil
- Texniki dəstək və ya müştəri xidməti sahəsində minimum 6 ay iş təcrübəsi
- Sentry və digər monitorinq alətləri ilə işləmə təcrübəsi
- İOS əməliyyat sistemi və tətbiqləri haqqında biliklər
- Android əməliyyat sistemi və tətbiqləri haqqında biliklər
- Veb texnologiyaları və tətbiqləri haqqında biliklər (HTML, CSS, JavaScript və s.).
- Azərbaycan və rus dili (sərbəst); ingilis dili (üstünlük)
- Müştərilərlə və komanda üzvləri ilə effektiv ünsiyyət qurma bacarığı
- Problemləri tez və effektiv həll etmə bacarığı.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərlər.