AZINTELECOM

Şirkət haqqında:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 3 əsas xidmət istiqaməti var. Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. Şirkətin loqotipi və korporativ rənglərinin yaradılması prosesində adları çəkilən prinsiplər əsas meyarlar kimi seçilərək şirkətin missiyası və gələcəkyönümlü planlarına uyğunlaşdırılıb. “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.
Əlaqə vasitələri:
Database administrator
Departament: Rəqəmsal Həllər/ Məhsul inkişafı şöbəsi/ Arxitektur həllər bölməsi
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (Kompüter elmləri, İnformasiya texnologiyaları ya digər əlaqəli sahə üzrə təhsilin olması arzu olunandır);
- Verilənlər Bazasının İdarə Edilməsi:
MSSQL: Microsoft SQL Server verilənlər bazasının idarə edilməsi, dizaynı, optimallaşdırılması və təhlükəsizliyi üzrə dərin biliklər;
PostgreSQL: PostgreSQL verilənlər bazasının qurulması, konfiqurasiyası və performans tənzimləməsi üzrə təcrübə;
MongoDB: NoSQL verilənlər bazası olan MongoDB ilə işləmək, onun performansını tənzimləmək və şəbəkədə paylanmış verilənlər üçün yüksək mövcudluq təmin etmək bacarığı;
- DB Monitoring Tools:
İzləmə Alətləri: Verilənlər bazasının monitorinqi üçün alətlərdən (Nagios, Zabbix, Prometheus, Grafana və s.) istifadə etmək bacarığı;
Alerting və Troubleshooting: Problemləri erkən aşkarlamaq və onları həll etmək üçün monitorinq və alerting sistemlərinin qurulması;
- DB Scaling:
Şkala Etmə: Verilənlər bazasının horizontal və ya vertikal şkala etmə texnikaları üzrə biliklər;
Replication və Partitioning: Replikasiya və partitioning üzrə təcrübə;
- Stretch Cluster Between Multiple Availability Zones:
Cluster Management: Müxtəlif Availability Zones arasında verilənlər bazası klasterlərinin qurulması və idarə edilməsi bacarığı;
High Availability: Yüksək mövcudluq və davamlılıq həlləri üçün klasterizasiya təcrübəsi.
- Verilənlər Bazası Dizaynı:
DB Design: Kompleks məlumat struktur və modellərinin dizaynı;
- Normalization və Denormalization: Verilənlər bazasının optimallaşdırılması üçün normalization və denormalization texnikaları üzrə biliklər;
- Sertifikatlar:
MSSQL: Microsoft Certified: Azure Database Administrator Associate və ya ekvivalent sertifikat;
PostgreSQL: PostgreSQL Certified Professional və ya ekvivalent sertifikat;
MongoDB: MongoDB Certified DBA Associate;
- Sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dili-səlis; rus və ya ingilis dili biliyi arzuolunandır;
- Analitik düşünmək və problem həll etmək bacarığı;
- Komanda ilə işləmə bacarığı.
Əsas vəzifə və öhdəlikləri:
- Məlumat bazasının yaradılması və müşayiəti;
- Məlumat bazasının layihələşdirilməsi və ehtiyatın təminatı;
- Ehtiyat nüsxələrin çıxarılması və bərpası;
- İstehsal mühitdə sınaqdan keçmiş scriptlərin (logs) quraşdırılması;
- Müəyyən edilmiş qaydalara uyğun olaraq ehtiyat məlumat bazasının yaradılması prosesinin işə salınması və daşıyıcıda yazıların mövcudluğunun yoxlanılması;
- Məlumat bazasının ehtiyat məlumat bazasından bərpa edilməsi;
- Məlumat bazasının bərpa edilməsi üzrə aparılan işlər haqda hesabatların təqdim olunması.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərlər.