AZINTELECOM

Şirkət haqqında:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 3 əsas xidmət istiqaməti var. Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. Şirkətin loqotipi və korporativ rənglərinin yaradılması prosesində adları çəkilən prinsiplər əsas meyarlar kimi seçilərək şirkətin missiyası və gələcəkyönümlü planlarına uyğunlaşdırılıb. “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.
Əlaqə vasitələri:
İT Biznes Analitik
Departament: Kommersiya/ Məhsul və xidmətlər şöbəsi/Analitika bölməsi
Vəzifə öhdəlikləri:
- Biznes tələblərinin toplanması və təhlili
- Biznes proseslərin təhlil edilməsi və optimallaşdırılması
- Texniki tapşırıqların (texniki spesifikasiyaların) hazırlanması
- User acceptance testlərinin (UAT) həyata keçirilməsi
- Biznes performansını anlamaq və tendensiyaları müəyyən etmək üçün dataların təhlil edilməsi
- Spesifikasiyaların düzgün anlaşılmasını təmin etmək üçün məhsul sahibi və proqramçılarla işləmək.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (Biznesin idarə edilməsi, informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi)
- Biznes təhlili alətləri ilə işləmə bacarığı (Microsoft Visio, Jira, Confluence, Draw io, Figma və digər.)
- Layihə idarəetmə metodologiyaları haqqında məlumatlı olmaq (məsələn, Agile, Waterfall)
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi, IT layihələri üzrə ən azı 1 il iş təcrübəsi
- Azərbaycan dili sərbəst; ingilis və rus dilləri - yaxşı
- BA və IT üzrə sertifikatlar üstünlükdür
- Güclü analitik bacarıqlara sahib olmaq
- Kritik biznes tələbləri doğru başa düşmək üçün maraqlı tərəflərlə işləmək bacarığı
- Problemlərə kompleks və məntiqi yanaşma bacarığı
- Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı
- Dəqiqlik və detallara qarşı diqqətlilik
- Ünsiyyət və təqdimat bacarıqları
- Komanda ilə işləmə bacarığı.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərlər.