Avrora
Şirkət haqqında:
“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
“Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “Heinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribüter fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribüter şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.
Əlaqə vasitələri:
SƏTƏM Mühəndisi
Əsas vəzifə öhdəlikləri:
- Təhlükəsizlik, sağlamlıq və ekoloji risklər üçün obyekti yoxlayır;
- Təftiş siyasəti və prosedurlarının və müntəzəm yoxlamaların cədvəlinin işlənib hazırlayır və həyata keçirir;
- Şirkətin bütün sahələri üçün sağlamlıq və təhlükəsizlik prosedurlarını hazırlayır;
- Fövqəladə hallarda prosedurları, iş yerinin təhlükəsizliyini və digər müvafiq mövzuları əhatə etmək üçün təlim hazırlayır və planlaşdırır;
- Təhlükəsizlik prosedurlarına riayət olunmasına nəzarət edir;
- Yoxlama nəticələrini sənədləşdirmək üçün yoxlama hesabatlarını tərtib edir;
- Tələb olunduqda, tikintinin təhlükəli tullantılara və ya çirkləndiricilərə məruz qalmasının qeydlərini aparır;
- Verilmiş digər əlaqəli vəzifələri yerinə yetirir;
Tələb olunan bilik və bacarıqlar:
- SƏTƏMM raporlarını hazırlamağı bacarmalı;
- Hesabat vermə, məlumat toplama və problemləri müstəqil həll etmə bacarığı olmalıdır.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil: (Əməyin mühafizəsi və Texniki təhlükəsizlik üzrə təhsil üstünlükdür.)
- İş təcrübəsi: SƏTƏM mühəndisi olaraq minimum 5 il iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Avrora Sənaye Parkı (Hökməli)
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sətəm Mühəndisi” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.