Təlim və İnkişaf üzrə Aparıcı Mütəxəssis
Vəzifə öhdəlikləri:
- Şirkətin təlim və inkişaf strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
- İşçilərin (kassir, satıcı, anbardar, nəzarətçi, şöbə müdiri və s.) bilik və bacarıqlarının artırılması məqsədilə təlim ehtiyaclarını təhlil etmək və illik təlim planları hazırlamaq;
- Daxili və xarici təlim proqramlarını təşkil və koordinasiya etmək (məhsul bilikləri, müştəri xidməti, POS sistemləri və s.);
- Təlim materiallarının (prezentasiyalar, təlim modulları, qiymətləndirmə formaları və s.) hazırlanması və davamlı olaraq yenilənməsi;
- Təlim iştirakçılarının performansını qiymətləndirmək və nəticələrə əsasən fərdi inkişaf planları hazırlamaq;
- Mentorluq və kouçinq proqramlarının təşkili və idarə olunması;
- Təlimlə bağlı statistik məlumatları toplamaq, təhlil etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
- Yeni əməkdaşlar üçün adaptasiya (onboarding) prosesini qurmaq və tətbiq etmək;
- Təlim büdcəsinin hazırlanmasında iştirak və xərclərin səmərəli istifadəsinə nəzarət;
- Əməkdaşlarla effektiv kommunikasiya qurmaq və onların karyera inkişafını dəstəkləmək;
Tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə);
- Təlim və inkişaf sahəsində minimum 1-3 il iş təcrübəsi, xüsusilə supermarket və ya pərakəndə satış sahəsində (aparıcı vəzifədə təcrübə üstünlükdür);
- Təlim planlaması, ehtiyac analizi və performans ölçmə metodikaları üzrə bilik və təcrübə;
- Təlim keçmək və auditoriya qarşısında effektiv təqdimat aparmaq bacarığı;
- Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı (rus dili arzuolunandır);
- MS Office proqramlarında (xüsusilə PowerPoint və Excel) yüksək səviyyədə işləmə bacarığı;
- Təşəbbüskar, analitik düşüncəyə malik, təşkiletmə və komanda ilə işləmə bacarığı olan;
- Layihələrin idarə edilməsi sahəsində biliklər və təcrübə əlavə üstünlükdür.
İş şəraiti:
- İş günləri: I-V günlər
- İş saatı: 09:00-18:00
- VI yarım iş günü
- Rəqabət qabiliyyətli əmək haqqı
Tələblərə cavab verən namizədlər mövzu yerində “Təlim və İnkişaf üzrə Aparıcı Mütəxəssis Vakansiyası” yazaraq, CV-lərini Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərlər.