AGRO - WEST DC LLC

Şirkət haqqında:
Dünyada insanların ildən ilə sağlam və ekoloji təmiz qidalara tələbinin artması ölkəmizdə də bu trendi aktual etmişdir.
2014-cı ildə əsası qoyulmuş «Aqrowest DC» MMC şirkəti öz fəaliyyətində keyfiyyətli qida təminatını ön plana qoyaraq dünyanın bir çox ölkəsindən qida və qeyri-qida məhsulları idxal etməkdədir. Şirkət insanların həyatında həm də ölkə iqtisadiyyatında rol almağın məsuliyyətini dərk edərək fəaliyyət göstərməkdədir.
Öz inkişaf potensialına görə ölkənin qabaqcıl distribyutorları ilə rəqabət aparan «Aqrowest DC» MMC artıq qida sektorunda özünü qəbul etdirə bilmişdir.
Əlaqə vasitələri:
1C Admin Köməkçisi
İş şəraiti
- İş yeri: Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi
- Əmək haqqı: 600-800 AZN
- İş qrafiki: Həftə içi 5 gün
- İş saatı: 08:00–17:00
- Əmək şəraiti: Korporativ nömrə və nahar şirkət tərəfindən təmin olunur
Vəzifə öhdəlikləri:
- 1C 8.3 proqramında nomenklaturanın yaradılması və korreksiyası
- Alış və pərakəndə satış qiymətləri ilə işləmək
- Faktiki ehtiyata uyğun olaraq inventar tənzimlənməsi
- Mağazalara mal satışı və köçürülməsi ilə bağlı dəstək göstərilməsi
- İnfo-bazanın yenidən yerləşdirilməsi
- Malların təsdiq edilmiş qiymətlərinin 1C proqramına daxil edilməsi və yoxlanılması
- Baza təmizlənməsi
- Xarici proqramlarla avtomatik mübadilənin qurulması
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının müvafiq proqram təminatında düzgün əks etdirilməsinin təmin edilməsi
Namizədə tələblər:
- Ali təhsil
- Rus dilini yüksək səviyyədə bilmək
- 1C proqramını bilmək
- Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Problemləri həll etmə bacarığı və analitik düşüncə
- Dəqiqlik, operativlik və kollektivdə işləmə bacarığı
Müraciət:
- Maraqlanan namizədlərdən şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Mövzu hissəsində “1C Admin Köməkçisi” yazılması xahiş olunur.