A+Co ASC

Şirkət haqqında:

2006-cı ildən fəaliyyətinə başlamış “Xırdalan Şərab” bazara “Qızıl Qaya”, “Kaqor”, “Qara Üzüm” şərabları ilə və “Şirvan”, “Yubiley” konyakları ilə qədəm qoymuşdur.

2008-ci ildən isə şirkət məhsullarının sırasına araq da əlavə etmiş və qısa bir zaman ərzində “Novaya Marka”, Sibirskiy Rubin”, “Çudo Klyuç”, “Medved” və “Raduqa” markaları ilə məşhurlaşmağa başlamışdır.

2010-cu ilədək ölkə bazarında özünə layiqli yer tutmuş “Xırdalan Şərab” zamanla konyak və şərabları ilə xarici bazarlara da uğurla daxil olmuşdur. Belə ki, həmin ildən şirkətin istehsal etdiyi şərablar və konyaklar Çin Xalq Respublikası və Rusiya Federesiyası bazarlarında təmsil olunmağa başlamış və qısa bir vaxt ərzində alıcıların rəğbətini qazanmışdır.

İstifadə olunan texnologiyalar:

Şirkətin Şamaxıda yerləşən ilkin emal zavodunda Şamaxı, İsmayıllı və Qəbələdə yetişdirilmiş “Kaberne-Sovinyon”, “Kaberne-Merlo” və “Mədrəsə” üzüm növlərindən hazırlanmış şərab sonrakı istehsal üçün Xırdalandakı zavoda göndərilir.

İçkilərin hazırlanmasında ən müasir texnoloji üsullar tətbiq olunur. İstifadə olunan şollar suyu müasir İtaliya avadanlıqlarında osmos üsulu ilə bütün zəruri sanitar-gigiyenik şərtlərə ciddi riayət etməklə təmizlənir.

Araq istehsalında istifadə olunan spirt yüksək keyfiyyətli buğda unundan hazırlanır.

“Xırdalan Şərab”ın istehsal etdiyi bütün içkilərin şüşə qabları Fransa, Moldova və Ukraynadan gətirilir.

Şərab və konyak şüşələrinin ağac tıxacları İtaliya, Portuqaliya və Fransadan üzərində “Xırdalan Şərab”ın öz loqosu ilə alınır. Bu isə saxtakarlıq ehtimalını sıfıra endirir.

Əlaqə vasitələri:

Hüquq üzrə təcrübəçi

Tələblər: 

  • Hüquq sahəsi üzrə bakalavr dərəcəsi;
  • MS Office proqramlarında xüsusilə Exceldə sərbəst işləyə bilməli;
  • Dil bilikləri: Azərbaycan dili, xarici dillər əlavə üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin fəaliyyəti ilə əlaqədar ortaya  hüquqi sahələr üzrə yaranan sorğuları cavablandırmaq, habelə digər hüquqi məsələlərin həll edilməsini təmin etmək; 
  • Məhkəmə, hüquq mühafizə orqanları, icra şöbələri, digər səlahiyyətli qurumlardan daxil olan hüquqi sorğuların cavablandırılmasını təmin etmək;
  • Müqavilə-hüquq sənədlərinin layihələrinin hazırlanmasını, Cəmiyyətə daxil olan bank, investisiya, təchizat və digər müqavilələrin hüquqi ekspertizasınının aparılmasını təşkil etmək;
  • Məhkəmə proseslərində, istintaq orqanlarında iştirak, məhkəmə qərarlarınn icrası ilə bağlı icra və probasiya şöbələri ilə sıx işləmə, qərarların icra olunmasına nəzarət etmək;
  • Cəmiyyətin hüquqi fəaliyyətinin təşkili ilə bağlı rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsini təmin etmək.

İş şəraiti: 

  • İş yeri: Xırdalan şəhəri;
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək; 
  • Nahar, korporativ nömrə şirkət tərəfindən təmin olunur.
  • Servis xidməti mövcuddur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquq üzrə təcrübəçi” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap