Qala Group

Şirkət haqqında:
Qala Group, yüksək ixtisaslı mütəxəssislər qrupu tərəfindən hazırlanmış memarlıq və inşaat həlləri təklif edən, müasir və yaradıcı bir şirkətdir. Komandamız 2010-cu ildən layihələr həyata keçirir və inşaat sahəsində innovativ, misilsiz və müasir layihələrlə seçilir. Bu müddət ərzində biz birinci dərəcəli peşəkarlar komandası yaratmışıq, geniş texniki baza ilə təmin olunmuşuq və böyük təcrübə toplamışıq. Bütün bunlar bizə ən mürəkkəb və qeyri-standart layihələri də uğurla həyata keçirməyə imkan verir.
Biz Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İsrail və Gürcüstan kimi ölkələrdə kommersiya və yaşayış obyektlərinin layihələndirilməsi və tikintisi üzrə geniş xidmətlər şəbəkəsi yaratmışıq.
Peşəkar komandamız sayəsində, uzun illərə dayanan təcrübəmizə və bu sahə üzrə biliklərimizə əsaslanaraq interyer dizayn, landşaft dizayn, layihələndirmə, inşaat, infrastruktur işləri üzrə xidmətlər göstəririk.
Qala Group – memarlıq üslubu, praktikliyin bacarıqlı toxunuşu və trend meylləri ilə fərqlənir.
Əlaqə vasitələri:
Anbardar
Ümumi Məlumat
- Tabelik: Təchizat və Logistika Departamenti / Layihə rəhbəri
- İş yeri: İnşaat sahəsi/ Sea Breeze / Anbar
- Nəqliyyat: Təmin edilir
- İş rejimi: Tam ştat
Vəzifə Öhdəlikləri
- Tikinti materiallarının, alətlərin və avadanlıqların qəbulu, yerləşdirilməsi və saxlanmasını təmin etmək.
- Anbarda olan malların mühasibat uçotunu aparmaq, sistemə işləmək və gündəlik hesabatlar hazırlamaq.
- Materialların hərəkətini izləmək və layihə rəhbərinə mütəmadi məlumat vermək.
- Anbarın səliqə və təhlükəsizlik qaydalarına uyğun olmasını təmin etmək.
- Mal-materialların müvafiq sənədləşmə prosesini icra etmək (qaimə, anbar çıxış orderi və s.).
- Anbarda olan ehtiyatları yoxlamaq, çatışmazlıqları və artıq qalıqları müəyyən edərək rəhbərliyə bildirmək.
- Təchizat prosesində təkliflər vermək və lazımi materialların vaxtında təmin edilməsinə nəzarət etmək.
- Materialların düzgün şəkildə daşınması və yüklənməsini təşkil etmək.
- İstifadə müddəti bitmiş və yararsız malları müəyyən edib rəhbərliyə hesabat təqdim etmək.
Tələblər
- Təhsil: Orta ixtisas və ya ali təhsil (mühasibatlıq, logistika və ya əlaqəli sahələr üstünlükdür).
- İş təcrübəsi: Tikinti sahəsində anbar idarəçiliyi üzrə ən azı 2 il təcrübə.
- Kompüter bilikləri: MS Excel, 1C və ya digər anbar idarəetmə proqramlarında işləmək bacarığı.
- Fiziki hazırlıq: Ağır yüklərlə işləmə qabiliyyəti.
- Məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmə bacarığı.
Məsuliyyətlər
- Anbara daxil olan və çıxan malların tam dəqiqliklə qeydiyyatını aparmaq.
- Şirkətin daxili qaydalarına və əməyin mühafizəsi tələblərinə əməl etmək.
- Material itkilərinin və qeyri-qanuni istifadənin qarşısını almaq.
Hesabatlılıq
- Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq və layihə rəhbərinə təqdim etmək.
- İnventarizasiya zamanı dəqiqlik və şəffaflığı təmin etmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.