Araz Supermarket

Şirkət haqqında:
Yurdumuzun doğma marketi “Araz” supermarketlər şəbəkəsi müştəri məmnuniyyətini hər şeydən üstün tutur.
Bizim missiyamız və vizyonumuz
Xalqımıza xidmət etmək, milli iqtisadiyyatımızın inkişafına dəstək olmaq, sahibkarların istehsal etdiyi keyfiyyətli məhsulları istehlakçılara təqdim etmək, sağlam rəqabət şəraitində xidmət və pərakəndə sektorunu dünya təcrübəsinə uyğun inkişaf etdirmək.
Əlaqə vasitələri:
Biznesə nəzarət üzrə aparıcı analitik
Tələblər:
- Ali təhsil - İqtisadi və ya biznes istiqamətli;
- İş təcrübəsi - 2-3 il;
- Dil bilikləri- Azərbaycan, İngilis dili;
- Məlumatların təhlilinə planlı yanaşma və vaxtı səmərəli idarə etmək bacarığı, ünsiyyət bacarıqları və digər komanda üzvləri ilə uğurla qarşılıqlı əlaqə qurmaq bacarığı, yüksək analitik, problem həll etmə və stress altında işləmə bacarığı;
- Kompüter bilikləri - Excel yüksək səviyyədə (pewer query), DAX üstünlükdür ACCA, CIMA və CFA üstünlükdür SAP və ya digər ERP sistem:
Vəzifə öhdəlikləri:
- Büdcə fakt hesablarının hazırlanması və avtomatlaşdırılması, analitik təhlili və təkliflərin təqdimat edilməsi;
- İdarəedici hesabatların (Satış, stock və working capital management və.s) hazırlanması, avtomatlaşdırılması;
- İdarəedici hesabatlar əsasında mənfəətlik, effektivlik, optimizasiya və digər təhlillərin aparılması, təkliflərin hazırlanması;
- Davamlı olaraq Kommersiya KPİ-lərini təhlil etmək;
- Data keyfiyyətinin yaxşılaşdırılması üzrə proseslərin təkmilləşdirilməsi;
- Xərclərin aylıq analizi, uyğun departamentlərlə kommunikasiyası:
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Biznesə nəzarət üzrə aparıcı analitik” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.