Mars Overseas Baku

Şirkət haqqında:
Mars Overseas, hər bir ailənin süfrəsində yer alan yüksək keyfiyyətli məhsulları istehsal edən və satışını həyata keçirən nüfuzlu bir şirkətdir.
Şirkət öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlamışdır. Eyni ildə qida & içki sektorunda dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Pepsico” ilə bağlanan tərəfdaşlıq müqaviləsinə əsasən Pepsico məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüququna sahibdir. Günümüzədək bu dəyərli tərəfdaşımızla əlaqələrimizi daha da genişləndirməyə və gücləndirməyə əzmlə müvəffəq olmuşuq.
Şirkətimizin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və qəlyanaltıların istehsalı və satışıdır. Uzun və keçməkeşli bir yol qət edərək içki sektorunda bazarın aparıcı şirkətlərindən birinə çevrilmişik. Bütün regionları əhatə etmək və öz müştərilərimizə daha yaxşı xidmət göstərmək məqsədilə regionlarda distributorlarla əməkdaşlığımızın sayını gündən-günə artırırıq.
“PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.
Əlaqə vasitələri:
Qruplama üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Sifariş edilən yüklərin qəbul edilməsi üçün işçilərin təyini, aktların yoxlanmasına nəzarət, sənədlərin təhvili, fakturalar üzrə maşınların yüklənməsini təşkil etmək;
- Sifarişlərin komanda üzrə bölüşdürülməsini təşkil etmək;
- GPS qurğuları üzrə sürücülərin hərəkətinə nəzarət etmək;
- Sürücülərin hərəkət marşurutlarını müəyyən etmək;
- Reysə buraxılan maşınların və işçilərin uçotunu aparmaq;
Namizədə dair tələblər:
- Təhsil: Ali
- Yalnız Bəy namizədlər
- Təcrübə: Logistika sahəsi üzrə 1 il
- Nəqliyyat sistemləri, yol hərəkətinin təşkili və idərəedilməsi sahəsində bilik və təcrübəyə malik olmaq
- Yol infrastrukturu, qovşaqları və yol hərəkətinin təşkili barəsində yaxşı biliklərə malik olan
- Ünsiyyət bacarığı
- Komandada işləmə bacarığı
Şərtlər:
- İş günləri: Həftənin 6 günü (bazar günü istirahət)
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu
Əlavə məlumatlar:
- Tibbi sığorta
- Təlim və inkişaf imkanları
- Korporativ nömrə
Müraciət üçün Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Qruplama üzrə mütəxəssis” vəzifə adını və şəhər adını qeyd etməyiniz vacibdir.