Caspel

Şirkət haqqında:
“CASPEL” – biznesə köməyə gələn IT
Müasir biznes-prosesləri informasiya texnologiyalarsız təsvir etmək artıq qeyri-mümkündür.
“Caspel” IT-şirkəti 2005-ci ildə təsis edilmişdir. Şirkətin ixtisası – Azərbaycan ərazisində ən yeni informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərilməsidir.
- Biznesdə yaranan problemlərin informasiya texnologiyalarının köməyi ilə həll edilməsi;
- Müəssisənin spesifikasiyası və fəaliyyət sahəsi nəzərə alınmaqla oradakı proseslərin avtomatlaşdırılması;
- Proqram və aparat səviyyəsində informasiya təhlükəsizliyinin təmin edilməsi;
- Müəssisənin elektik enerjisinə, IT-mütəxəssislərə çəkilən xərclərinin optimallaşdırılması.
Artıq 17 ildir ki, “Caspel” şirkəti iri və orta biznes üçün IT-həllərin tətbiqi sahəsində çalışır. Zaman keçdikcə, şirkətimizin təklif etdiyi məhsul və xidmətlərə proqramlaşdırma da əlavə olundu. Hal-hazırda isə “Caspel” 3 yeni layihə: IPTV, startaplarla əməkdaşlıq və onların ekspert qiymətləndirilməsi, xüsusi mülkiyyətçi-müştəriyə hesablanmış fibro-optik şəbəkələrin və ADSL-in genişləndirilməsi – kimi layihələri irəli sürür.
Əlaqə vasitələri:
Maliyyə analitiki
Vəzifəyə aid qoyulan tələblər
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya biznesin idarə olunması üzrə ali təhsil;
- Maliyyə sahəsində minimum 3 il iş təcrübəsi;
- Maliyyə hesabatları və təhlillərlə bağlı güclü biliklər;
- MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;
- Beynəlxalq maliyyə sertifikatlarına malik olmaq üstünlükdür;
- Analitik düşüncə, dəqiqlik və diqqətlilik;
- Komandada işləmək və hesabatlılıq bacarığı;
Vəzifə öhdəlikləri
- Maliyyə hesabatlarının hazırlanması; (P&L, balans hesabatı, pul axını və s.)
- Büdcələrin hazırlanması, icrasının təhlili və xərclərə nəzarət;
- Aylıq və illik maliyyə analizlərinin hazırlanması;
- Rəhbərliyə analitik hesabatların təqdim olunması;
- Maliyyə göstəricilərinin təhlili və səmərəliliyin artırılması üzrə tövsiyələrin verilməsi;
- Maliyyə auditi və daxili yoxlamalarda iştirak;
- ERP və maliyyə proqramları ilə işləmək;
Təklif olunur:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
- 5 günlük iş qrafiki; (09:00-18:00)
- Rəqabətli əməkhaqqı;
- Korporativ nömrə və danışıq balansı;
- Könüllü tibbbi sığorta;
- Peşəkar komandada işləmək imkanı;
- Karyera inkişafı və təlim imkanları;
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Maliyyə analitiki” sözünü qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.