Zeytun Pharmaceuticals

Şirkət haqqında:
“Zeytun Pharmaceuticals” MMC - 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı ölkənin bütün bölgələrində daxili və xarici bazarlardan təchiz edilmiş dərman vasitələrinin topdan və pərakəndə satışı üzrə fəaliyyətini həyata keçirir. Ölkənin əczaçılıq sektorunda idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə seçilən Şirkətimiz Azərbaycan səhiyyə sisteminin istər dövlət, istərsə də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmətinlərini göstərməkdədir. Ən əsası Şirkətin qazandığı bütün uğurların özəyi isə loyallılıq və etimadlılıq sütunları üzərində formalaşdırılmış peşəkar heyət və idarəetmə standartlarıdır. Məhz bu peşəkar heyət və idarəetmə standartları hesabına da Cəmiyyətimizin uğurlarının hüdudları bitməzdir....
Əlaqə vasitələri:
Əczaçı
Tələblər:
- Əczaçılıq üzrə tibbi təhsil (Ali və ya orta ixtisas);
- Müvafiq sahədə 2 il iş təcrübəsi;
- 1C proqram biliyi arzuolunandır;
- İşində dəqiq və məsuliyyətli olmalıdır.
Vəzifə funksiyaları:
- Dərman preparatları və tibbi ləvazimatların satışı prosesinin həyata keçirilməsi;
- Aptekə gələn malların yoxlanılması, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi;
- Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət edilməsi;
- Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi və s.
İş şəraiti:
- İş qrafiki: Növbəli
- Əmək haqqı: 500 - 700 AZN + Bonus sistemi mövcuddur.
Əlavə suallar üçün 050-253-01-59 nömrəsi ilə əlaqə saxlaya və ya Whatsapp üzərindən yaza bilərsiniz.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə “subject” (mövzu) hissəsində Əczaçı qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.