Bakı Dövlət Layihə İnsitutu

Şirkət haqqında:

Hər bir insan həyatı boyu dəfələrlə ömür yoluna nəzər salır, onu dəyərləndirməyə çalışır, mənalı anları iftixarla və xoş təəssüratlarla xatırlayır, yadda qalmayanların isə üzərindən tez ötüb keçməyə çalışır.

XX əsrin 30-cu illərində yaradılan və ötən dövr ərzində müvəffəqiyyətlə fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutu isə burada çalışan, fəaliyyət göstərən işçilər üçün şübhəsiz ömür yolunun ayrılmaz bir hissəsidir və bu ömür yolu həm acı, həm də şirin xatirələriylə, həm uğurları, həm də uğursuzluqları ilə çox əzizdir, dəyərlidir və nəhayət mənalıdır.

Çünki ən adi vəzifəni icra edən sıravi işçidən tutmuş ən uğurlu layihələrə imza atmış mütəxəssisədək hər kəs gördüyü işin dəyərini, əhəmiyyətini başa düşür, qururlanır və bundan mənəvi rahatlıq tapır.

Təsadüfi deyil ki, nə vaxtsa burada çalışmış istənilən işçi dünyanın harasında olmasından asılı olmayaraq doğma instituta bağlılığını qoruyub saxlayır və sanki bu əlaqələrdən bir enerji, stimul alır.

Bakı Dövlət Layihə İnstitutu xalqımızın yaratdığı digər maddi-mənəvi nümunələr kimi milli sərvətimizdir. Xüsusən müstəqillik qazandıqdan sonra qonşu dövlətlər və xalqların nailiyyətləri ilə tanış olduqca bu daha aydın dərk olunur.

Bu gün Bakı Dövlət Layihə İnstitutu öz tarixi ənənələrini məntiqi ardıcıllıqla və dövrümüzün reallıqları və çağırışları nəzərə alınmaqla davam etdirir. İnstitutda yeni bacarıqlı, istedadlı, iddialı gənclərin cəlb edilərək irəli çəkilməsi və təcrübəli mütəxəssislərin himayəsi altında yetişdirilməsi öz bəhrələrini verməkdədəir. Kollektiv isə öz tarixi ənənələrini, nailiyyətlərini və missiyasını davam etdirərək daha böyük uğura imza atmaq, Bakı şəhərinin yenidənqurma, tikinti və abadlaşdırma işlərinə yeni-yeni töhfələr vermək əzmindədir.

Əlaqə vasitələri:

İsitmə, ventilasiya və havanın kondisionerləşdirməsi (İVK)

Namizədə tələblər:

  • Mühəndis ixtisası üzrə ali təhsil (kondisionerləşdirmə, havalandırma, isitmə və kommunikasiya sistemləri üzrə);
  • İKT və layihələndirmə  sahəsində 3-5 il  iş təcrübəsi;
  • Sahə üzrə yerli ve xarici standartlar üzrə biliklərə malik olmaq;
  • Excel, Word, AutoCad bilikləri;
  • BİM layihələrində iştirak arzuolunandır;
  • Dil bilikləri : Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur.

Vəzifə öhdəlikləri:

  • Layihənin icrası, sahə araşdırmaları, planlaşdırma, sənədlərin idarəedilməsi və problemlərin həll olunması işlərində iştirak edilməsi;
  • Sifarişçilərin tələb və istəklərinə uyğun optilmal və iqtisadi səmərəli variantlar seçməklə İVK layihələrinin hazırlanması;
  • Avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanaraq seçilməsi;
  • Boru kəmərlərinin, kanalların və idarəetmə panellərinin yerləşdirilməsinin planlaşdırılması, İVK komponentlərinin quraşdırılması;
  • Sistemlərin səmərəli və təhlükəsiz işləməsini təmin etmək üçün keyfiyyət yoxlamalarının aparılması;
  • Obyektlərə nəzarət və obyektlərdə görülən işlərin gündəlik hesabatları;
  • İşlərin yüksək SƏTƏMM tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi.

İş barədə məlumat:

  • İş qrafiki : 09:00-18:00,  həftə içi 5 gün;
  • Əmək haqqı: 800-1000 AZN.
  • İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.  

CV-ləri uyğun ixtisas başlığı ilə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərin. Xahiş olunur ki,yalnız uyğun namizədlər müraciət etsin.

Ünvan: Bakı, Səbail rayonu, İstiqlaliyyət küçəsi 47, AZ1000

Əlaqə nömrəsi: +994(51) 500-34-24

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap