Fortis Construction

Şirkət haqqında:
Fortis tikinti şirkəti daşınmaz əmlak bazarında öz innovativ layihələri, tikinti prosesində tətbiq etdiyi Avropa texnologiyaları, eləcə də ucaltdığı binaların Bakı şəhərinə xas memari ənənələri əks etdirən orijinal üslubla fərqlənir.
Əlaqə vasitələri:
Tərcüməçi (tikinti sektorunda)
Tələblər:
- Tərcüməçilik sahəsində ali təhsil;
- İngilis-azərbaycan və əksinə yazılı və şifahi tərcümə sahəsində ən azı 3 il təcrübə;
- Layihələrin idarə olunması-koordinasiyası işləri üzrə iş təcrübəsinin olması;
- Kompüter biliyi mükəmməl olmalı, Word, Excel, Outlookda sərbəst işləmək bacarığı olmalıdır;
- Excel proqramında formulaların qurulması, cədvəllərin tərtib olunması, qiymət təkliflərinin yığılması kimi funksiyaları bilməlidir;
- Rus dilini bilməsi arzuolunandır;
- İşində dəqiq və məsuliyyətli olmalı;
İş haqqında məlumat:
- Tikinti layihələrini tərcümə etmək üçün bu sahəyə aid texniki terminləri bilməli.
- İngilis-azərbaycan və əksinə yazılı və şifahi tərcümələrin edilməsi;
- Xarici şirkətlərlə yazışmaların və danışıqların aparılması;
- Xarici bazardan satın alınacaq materialların araşdırılması;
- Xarici müştərilərlə görüşlər zamanı iştirak etməli
- Rəhbərliyin verdiyi digər tapşırıqların icra edilməsi.
Əmək haqqı: Namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq.
Göstərilən tələblərə uyğun namizədlər mövzu qismində «Tərcüməci tikinti sektorunda» qeyd etməklə CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir.